Azərbaycanın ala biləcəyi “Qrom-2” raketinin imkanları – Ukraynalı ekspert (ÖZƏL)

2018/01/1514968661-1921324_3029941502234_1515150081.png
Oxunub: 4227     18:59     05 Yanvar 2018    
Ukraynada “Qrom-2” operativ-taktiki raketi sınaqdan keçirilib. Raket sınaqlarının videogörüntüləri Ukraynanın milli sənaye portalında yerləşdirilib.

Görüntülərdən də aydın olur ki, raketin mühərriki xüsusi sınaq poliqonunda sınaqdan keçirilir. Həmçinin bir neçə il öncə Ukrayna hərbi sənayesi bu rakat üzrə işlərə başladı, lakin maddi-texniki problemlərə görə, işlər təxirə salındı. Raket üzərində Belarusdan olan mütəxəssislər çalışır və raketlər Belarus istehsalı olan mobil platformanın üzərində yerləşdirilib.

Xatırladaq ki, bir müddət əvvəl bir sıra xarici KİV-lər Azərbaycanın “Qrom-2” raketlərinin alması barədə məlumat yayıb. Ordu.az Ukrayna bürosunun müxbiri, ukraynalı hərbi ekspert Oleq Jdanovdan “Qrom-2” raketləri haqqında daha təfərrüatlı məlumat verməyi xahiş edib.


““Qrom-2” raketlərinin sifarişçi, investor və təbii ki, hüquqi sahibi Səudiyyə Ərəbistanıdır. Ukrayna tərəfi sadəcə olaraq bu raketlərin hazırlayıcısıdır. Bununla belə, kompleksin tam hazırlığı halında Səudiyyə Ərəbistanının icazəsi ilə Ukrayna tərəfi onları satış hüququ ilə birgə ala bilər. Qeyd edim ki, Səudiyyə Ərəbistanı ilk “Qrom-2”ləri 2019-cu ildə əldə etməyi planlaşdırır”, - deyə ekspert bildirib.

O həmçinin bu silahın xarakteristikasına da toxunub.

“Belə operativ-taktiki raketlər demək olar ki, hər ölkədə var. Onların əsas tapşırığı kütləvi məhvetmə, o cümlədən nüvə silahlarına zərbələrin endirilməsidir. Bununla belə, fuqas başlıqlar effektli və sərfəli deyil. Yeri gəlmişkən, SSRİ-də R-300 “Skad” kompleksləri yaradılmışdı və İraq prezidenti onu alaraq bütün İsraili Tel-Əvivə raket atacağı hədəsi ilə qorxuda saxlayırdı”, - deyə Jdanov qeyd edib.

Ekspertin sözlərinə görə, “Qrom-2” öz sinfi üçün yetərincə normal nümunədir. Bütün atışlar və şassinin sınaqları uğurla tamamlanıb, lakin hələ atışa hazırlıq zamanı və zərbə dəqiqliyinin xüsusiyyətləri ilə bağlı dəqiq məlumatlar yoxdur.

“Lakin “Qrom-2”nin istənilən növ döyüş, həm müdafiə, həm də hücum əməliyatlarına uyğun olması barədə danışa bilərik. Bu operativ-taktiki raket komplekslərinin “vaksin”inə gəlincə isə, o sadəcə mövcud deyil. “Qrom-2” 6 dəqiqə ərzində 300 kilometr məsafə qət edir və təbii ki, heç kəs onu vurmağa çatdıra bilməz. Ən azından hələ bunun praktiki nümunələri yoxdur”, - deyə Jdanov vurğulayıb.

Əkbər Həsənov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qrom-2   Ukrayna  


Bizi "telegram"da izləyin