ABŞ silahları İŞİD terrorçularının əlində necə keçir? – HESABAT

2017/12/3986B08D00000578-0-image-a-17_1476972016405346_1513415387.jpg
Oxunub: 1067     13:04     16 Dekabr 2017    
“İŞİD-in tank əleyhinə raketləri ələ keçirməsi Bəşər Əsədi postundan salmaq istəyən Mərkəzi Kəşfiyyat İdarəsinin ekstremistləri silahlandırmaqla böyük riskə girdiyini göstərir”.

Ordu.az "Sputnik"in Vaşinqton bürosuna istinadən xəbər verir ki, bu iddiaları Böyük Britaniyada yerləşən Münaqişələrin Tədqiqat Qrupunun analitikləri səsləndirib.

Avropada istehsal edilərək ABŞ-a satılan bir tank əleyhinə raket cəmi iki ay içində İraqda İŞİD terrorçularının əlinə keçir. İddialara görə, sözügedən raketlər MKİ tərəfindən Suriyadakı müxalif qüvvələrə verilməsi məqsədilə hazırlanan gizli bir proqram çərçivəsində satın alınıb.

“Birləşmiş Ştatlar qanunsuz şəkildə Suriyadakı terrorçu qrupları maliyyələşdirir, silah-sursatla təmin edir. Məqsəd isə Suriya prezidenti Bəşər Əsədi hakimiyyətdən salmaqdır”, - deyə İllinoyis Universitetinin Beynəlxalq Hüquq üzrə professoru Fransis Boyl bildirib.

“Bu, 6 ildən çoxdur davam edən Suriya vətəndaş müharibəsinin alovlanmasına və 600000-dən çox insanın həyatı bahasına başa gələn ABŞ-ın ardıcıl və qəsdli siyasətini təsdiqləyir”, - deyə Boyl əlavə edib.

Boyl bildirir ki, İŞİD təhlükəsini bəhanə edərək Suriyada minlərlə əsgər yerləşdirən ABŞ beynəlxalq hüququn şərtlərini pozub.

O, ABŞ-ın buradakı qanunsuz olaraq qurduğu hərbi bazalarını İrana qarşı hücum etmək üçün bir tramplin kimi istifadə etməyi düşünməsi ilə bağlı xəbərdarlıq edib.

Təqaüdə çıxmış ABŞ ordu generalı və hərbi strateq Duqlas Makqreqor Suriyadakı qüvvələri gücləndirmək üçün göndərildiyi iddia edilən silahların son ünvanının ekstremist qruplar olduğunu bildirib.

“Bəli, iddia edilir ki, bu silahlar demokratik Suriyanın qurulması məqsədilə sünni ərəb üsyançılara ötürülür. Lakin realda isə onlar “ən-Nüsra” və əl-Qaidə qruplarına gedir”, - deyə Makqreqor bildirib.

Qeyd edək ki, bu ilin əvvəlində Donald Tramp Suriyadakı qruplara silah təminatını nəzərdə tutan proqramı dayandırdı. O bildirdi ki, bu silahlar demokratik güclərin yox, ekstremist qrupların məqsədlərinə xidmət edir.

Münaqişələrin Tədqiqat Qrupunun “İŞİD-in silahları” adlı bu hesabatı 2014-2017-ci illərdə davam edən 3 illik araşdırmanın nəticəsidir.

“Bu hesabat İŞİD-in silahları ilə bağlı bu günə qədərki ən əhatəli və dəlillərə əsaslanan işdir”, - deyə tədqiqat qrupu açıqlayıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İŞİD   ABŞ   Suriya-böhranı  

Xəbər lenti

ABŞ silahları İŞİD terrorçularının əlində necə keçir? – HESABAT

2017/12/3986B08D00000578-0-image-a-17_1476972016405346_1513415387.jpg
Oxunub: 1068     13:04     16 Dekabr 2017    