Ən qaynar nöqtələrdə: Azərbaycan sülhməramlı qüvvələri – Hərbi ekspert (ARAŞDIRMA)

2017/12/1024px-Azerbaijani_soldiers_in_Iraq_31456_7567040890.jpg
Oxunub: 2274     11:04     16 Dekabr 2017    
1948-ci ildə yaradılan Birləşmiş Millətlər Təşkilatının, dünyanın müxtəlif qaynar nöqtələrində baş verən münaqişələrin qabağını almaq və ya qısamüddətli həll yolu gətirmək üçün tərkibində olan hərbi-silahlı birləşmələr “Sülhməramlı Qüvvələr” adlanır. Şablon olaraq insanların beynində BMT və tabeçiliyində olan qüvvələrin heç bir işə yaramadığı və sülh üçün effektiv mübarizə aparmadığı fikri olsa da, BMT sülhməramlı qüvvələri Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-d'ivuar və s. kimi dünyanın onlarca qaynar münaqişə nöqtəsində vəziyyəti tənzimləməklə məşğul olub və bəzi yerlərdə bu əməliyyatlar bu günə qədər də davam edir.

Azərbaycan Silahlı Qüvvələri tərkibində Azərbaycanın Sülhməramlı ordusu isə 1997-ci ildə yaradılıb. Daha sonra, Azərbaycan sülhməramlı bölməsi adı altında birləşib. 1997-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ilk sülhməramlı bölüyü, 2001-ci ildə isə sülhməramlı taboru yaradılıb.

Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası bəyan edir ki, “NATO dövlətlərinin qüvvələri ilə qarşılıqlı uzlaşan hərbi əməliyyat qüvvələrinin yaradılması, böhranların aradan qaldırılması məqsədilə müvafiq beynəlxalq təşkilatların mandatı əsasında aparılan sülhməramlı cavab əməliyyatlarında iştirak etmək” Azərbaycan Respublikasının müdafiə siyasətinin əsas istiqamətlərindən hesab olunur.

NATO, Türkiyə, Orta Asiya və Qafqaz dövlətlərinin Avro-Atlantik Əməkdaşlıq Şurasında və “Sülh naminə tərəfdaşlıq” proqramında yer almalarını dəstəkləyir.

Bu normativ sənədlərə uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin sülhməramlı bölmələri bir neçə əməliyyatlarda uğurla iştirak edib.

1999-cu ilin sentyabr ayından başlayaraq Azərbaycan Silahlı Qüvvələri Kosovoda, Əfqanıstanda və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində sülhməramlı fəaliyyətlər göstəriblər. Əfqanıstanda isə "Qətiyyətli Dəstək"əməliyyatı bu gün də davam etməkdədir. İndi isə bu əməliyyatlarla bir az yaxından tanış olaq.

Kosovo

Azərbaycan Respublikası ordusu Kosovo əməliyyatından başlayaraq NATO şəmsiyyəsi altında əsas etibarilə qardaş ölkə olan Türkiyə ilə birgə hərəkət edib.

1999-cu il oktyabrın 20-də Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Kosovo Türk Taburu qüvvələri tərkibində Kosovoya gedəcək Azərbaycan birliyinin statusuna dair Sazişin Azərbaycan Parlamentində razılaşdırılmasından sonra Azərbaycan sülhməramlı birliyinin bir qrup hərbçisi bu istiqamətdəki vəzifələrinin icrasına başlayıb. NATO-nun baş katibi Lord Corc Robertson Azərbaycan Müdafiə naziri ilə görüşü zamanı Azərbaycan sülhməramlı birliyinin roluna görə təşəkkür etmiş, “Kosovodakı 40 mindən çox sülhməramlı hərbçi içərisində Azərbaycan birliyinin xüsusi bir mövqeyinin olduğunu” vurğulayıb.

1999-cu ilin sentyabrından 2008-ci ilin mart ayınadək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sülhməramlı taqımı 34 nəfər şəxsi heyətlə -32 əsgər, 1 gizir və 1 zabit olmaqla Kosovoda sülhün yaradılması və dəstəklənməsi üzrə (KFOR) əməliyyatlarda iştirak edib. Azərbaycan taqımı, Türkiyə taborunun (qərargahı Draqaş şəhərində) 4-cü mexanikləşdirilmiş piyada bölüyünün tərkibində Draqaş şəhərində xidmət aparırdı. Taqım Brod yaşayış məntəqəsinin 18 kəndində növbə çəkib, bölgənin sabitliyi və təhlükəsizliyinə birbaşa cavabdeh olub.

Bu müddət ərzində Kosovodakı əməliyyatlarda 362 nəfər hərbi qulluqçumuz (345 nəfər əsgər, 7 nəfər gizir, 10 nəfər zabit) iştirak edib. 2008-ci ilin aprel ayında Kosovonın müstəqilliyinin təktərəfli elan olunması ilə əlaqədar taqım tam heyətlə Kosovo bölgəsindən geri çağırılıb.

İraq

Azərbaycan hərbçiləri İraqda BMT-nin Təhlükəsizlik Şurası tərəfindən 2003-cü ildə qəbul edilmiş qərar əsasında xidmət ediblər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Sülhməramlı bölüyü 2003-cü ilin avqustun 15-dən 2008-ci ilin dekabrın 7-nə qədər 151 nəfər şəxsi heyətlə (120 nəfər əsgər, 16 nəfər gizir, 15 nəfər zabit) İraqda Beynəlxalq Koalisiya Qüvvələri tərkibində fəaliyyət göstərirdi.

Hərbçilərimiz, İraqın Əl-Həditə şəhəri yaxınlığında ABŞ Dəniz Piyadaları Komandanlığının tərkibində ən böyük su anbarının və çox güclü su elektrik stansiyasının mühafizəsini həyata keçirirdi. Davamlı olaraq su və elektrik problemi ilə qarşılaşan İraqda əsgərlərimizin strateji obyektlərin mühafizəsinə cəlb olunması heç də təsadüfi deyil. Döyüş hazırlığı və nizam-intizam göstəriciləri yüksək olan hərbçilərimiz, NATO komandanlığı tərəfindən daim ən məsuliyyətli vəzifələrin yerinə yetirilməsi üçün tapşırıqlar alıblar və bu tapşırıqların öhdəsindən layiqincə gəliblər.

Azərbaycan sülhməramlılarının missiyasının başa çatması ilə bağlı onların xidmət keçdiyi bölgədə, Hadita su anbarı ərazisində Amerika hərbçilərinin və İraq rəsmilərinin iştirakı ilə təntənəli mərasim təşkil edidi. Dekabrın 3-də keçirilən mərasimdə isə komandanlıq, Azərbaycan əsgərlərinin sülhü və təhlükəsizliyi təmin etmək üçün göstərdikləri mühüm fəaliyyətin sona çatması və onların tezliklə öz evlərinə dönmələri münasibətilə şəxsi heyətə təşəkkür və təbriklərini çatdırıb.

“Ola bilsin ki, amerikalıların çoxu Azərbaycanı tanımır, ancaq bu ölkənin əsgərlərinin İraqda gördükləri işlər dünyada xüsusi hörmətə layiqdir. Azərbaycanlı əsgərlər həyati əhəmiyyətli Hadita su bəndinin mühafizəsində iştirak etdilər. Bu stansiya İraqın elektrik enerjisinə olan ehtiyacının 25 %-ini təmin edir”, - deyə mərasimdə çıxışı zamanı Amerika dəniz piyada qüvvələrinin polkovniki Patrik Malay bildiib.

Azərbaycan sülhməramlılarının xidmət etdiyi SES və su bəndində indiyədək bir-birilərini əvəz edərək cəmi 1000-dən çox Azərbaycan əsgəri bu missiya çərçivəsində xidmət keçib. Amerika dəniz piyadalarının “Military.com” saytı isə qeyd edib ki, təqribən ABŞ-ın Cənubi Karolina ştatı böyüklükdə olan Azərbaycan ötən beş il ərzində İraqın Əl-Anbar bölgəsində həyati əhəmiyyətli obyektin mühafizəsində yaxından və uğurla iştirak edib.

Milli Məclisin, 2008-ci ilin noyabrın 11-də qəbul etdiyi qərar ilə 151 nəfərdən ibarət azərbaycanlı sülhməramlı hərbçilərin İraqda öz vəzifələrini yerinə yetirərək vətənə dönməsinə hüquqi baza yaradıldı.

Koalisiya Qüvvələrinin İraqdan çıxması ilə əlaqədar 2008-ci ilin dekabrın 7-də bölük tam heyətlə İraqdan geri qayıtdı.

Azərbaycanda onları təntənəli sürətdə Azərbaycan Müdafiə Nazirliyinin nümayəndələri, Azərbaycandakı ABŞ və İraqın səfirləri qarşıladılar.

İraqdakı sülhməramlı əməliyyatlarda 1 azərbaycanlı əsgər həlak olub.

Əfqanıstan

Azərbaycan Respublikasının NATO ilə birgə iştirak etdiyi fəaliyyətinin bir qismi də Əfqanıstanda təhlükəsizliyin dəstəklənməsi ilə bağlı olub. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Əfqanıstanda Təhlükəsizliyin Dəstəklənməsi üzrə Beynəlxalq Qüvvələrin Türk taburunun tərkibində fəaliyyət göstərəcək Azərbaycan tağımına dair Saziş”i Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə sazişi Azərbaycan Respublikası Prezidenti Ümummilli Lider Heydər Əliyev 2002-ci il noyabrin 11-də imzalayıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələri iki taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında Milli Məclisin qərarı ilə 2002-ci il noyabrın 15-də qəbul edilib.

Azərbaycan Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı tağımı 2002-ci il noyabr ayının 20-dən Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyət göstərməyə başlayıb.

2008-ci il yanvarın 15-dən Azərbaycanın Əfqanıstandakı sülhməramlı kontingentinin sayı artırılaraq bölük səviyyəsinə çatdırılıb. Həmin ilin sentyabr ayında prezident İlham Əliyev Əfqanıstana əlavə sülhməramlı qüvvələrin göndərilməsi ilə bağlı qanun layihəsini Milli Məclisə göndərdi. 2008-ci il oktyabrın 2-dən Azərbaycan Respublikasının Milli Məclisi Əfqanıstandakı sülhməramlı kontingentin 2 dəfə artırılması barədə qərar qəbul edib. Müvafiq olaraq, 2009-cu il fevralın 19-dan etibarən Azərbaycan Respublikası SQ-nin 90 nəfər sülhməramlı kontingenti Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) əməliyyatlarında Türkiyə taboru tərkibində fəaliyyət göstərir. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirirdi.

2010-cu il oktyabrın 5-dən Azərbaycan NATO-nun Əfqanıstanda keçirdiyi Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) üzrə əməliyyatlarında Azərbaycan Respublikası Sülhməramlı qüvvələrinin töhfəsinin artırılması məqsədilə 2 (iki) hərbi həkim və 2 (iki) mühəndis-istehkam ixtisası üzrə zabit göndərilib. Nəzərinizə çatdırım ki, Əfqanıstan kimi insanların silaha dəyər verdikləri mürəkkəb bir coğrafiyada Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) silah-sursat anbarının qorunmasını Azərbaycan Silahlı Qüvvələrinə etibar edilməsi, orada xidmət aparan zabit və əsgərlərimizin yüksək döyüş hazırlığına və nizam-intizama sahib olduqlarının sübutudur.

2015-ci ilin yanvar ayından isə NATO-nun Əfqanıstanda keçirdiyi yeni "Qətiyyətli Dəstək" adlı qeyri-döyüş missiyasında Silahlı Qüvvələrin 94 nəfərlik kontingenti 6 aylıq rotasiya planına uyğun olaraq xidmətə başlayıb.

Azərbaycan Silahlı Qüvvələrinin Sülhməramlı kontingenti strateji obyekt olan Kabil Beynəlxalq Hava Limanının mühafizəsi üzrə tapşırığını yerinə yetirir.

NATO çərçivəsində həyata keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycan ordusunun ən qabaqcıl kadrlarının fəaliyyətə cəlb edilməsi faktdır. Belə ki, şəxsi heyətinin seçilməsinə xüsusi diqqət göstərilir. Əsasən, hündürboylu, sağlam, fiziki cəhətdən hazırlıqlı, təhsilli, yüksək intellektual səviyyəsi olan, xarici dil bilən əsgər və zabitlər bu taborda xidmət edirlər. Bu faktorlar isə, bölmələrimizin yüksək nəticə əldə etməsinə öz töhfəsini verir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dünyanın müxtəlif yerlərində sülhməramlı əməliyyatlarda iştirak etməsi ölkəmizin NATO miqyasında əhəmiyyətə malik olmasından xəbər verir. NATO təlimlərində dəfələrlə iştirak edən şəxs kimi deyə bilərəm ki, bu tip beynəlxalq sülhməramlı əməliyyatlarda iştirak etməklə Azərbaycan ordusu özünün döyüş qabiliyyətini və kadr hazırlığını da gücləndirməyə nail olur.

Sülhməramlı əməliyyatlar mahiyyətcə çoxfunksiyalı və mürəkkəb proseslərdir. Hansı hadisənin nə vaxt, harada və necə baş verəcəyini heç kim planlaşdıra bilməz. Bölmələrin uğuru, komandir heyətinin bütün fors- major vəziyyətlərə qarşı dəqiq hərəkət planının olması və bu planın hər kəs tərəfindən dəqiq, sözsüz və vaxtında icra edilməsi ilə həyata keçirilməsi ilə əldə olunur. Digər tərəfdən də Azərbaycan Ordusu üçün sülhməramlı əməliyyat bölgələrində xidmət heç də sürpriz deyildi. Uzun müddət müharıbə şəraitində olan Silahlı Qüvvələrimizin zabit və gizirləri artıq müharibənin nə olduğunu, relyef və ərazidən istifadə etməklə, tapşırıqları yerinə yetirmək vərdiş və biliklərinə malik idilər. Belə bir təcrübə NATO üçün də əhəmiyyətə malikdir.

Azərbaycanlı əsgər və zabitlərin sülh və sabitliyin bərqərar olmasına verdiyi töhfələr müttəfiqlər və tərəfdaşlar tərəfindən yüksək qiymətləndirilib. Azərbaycanın Avro-Atlantika məkanında təhlükəsizlik və sabitliyin əldə edilməsi sahəsində daha böyük məsuliyyəti öz üzərinə götürmək imkanları var. Bu əməliyyatlarda qazanılan təcrübə bizim üçün mühüm əhəmiyyət kəsb edir. Çoxmillətli və sülhməramlı əməliyyatlarda iştirak etməklə, Azərbaycan siyasi sabitliyə və beynəlxalq təhlükəsizliyə əhəmiyyətli töhfələr verməkdə bundan sonra da davam edəcək.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Azərbaycan   Sülhməramlı-Qüvvələr   NATO  

Xəbər lenti

Ən qaynar nöqtələrdə: Azərbaycan sülhməramlı qüvvələri – Hərbi ekspert (ARAŞDIRMA)

2017/12/1024px-Azerbaijani_soldiers_in_Iraq_31456_7567040890.jpg
Oxunub: 2275     11:04     16 Dekabr 2017    