"Kölgə" bir foto ilə Ermənistan MN-nin bütün gizlinlərini açdı - ARAŞDIRMA (FOTOFAKTLAR)

2017/12/mrsac-zinvorner345345_1513324945.jpg
Oxunub: 5475     11:59     15 Dekabr 2017    
"Toplanan əşyalar cəbhə xəttinə Fövqəladə Hallar Nazirliyinin avtomobilləri və "CİCİ" taksi xidməti vasitəsilə göndərilir".

Dekabrın 11-də "Facebook"da Ermənistanda "Շողակն" (Kölgə) adlı "ictimai" təşkilat tərəfindən elan yerləşdirilib. Düşmən Ömər aşırımında olan erməni əsgərlərin yardıma ehtiyyacı olduğuna dair məlumat yayır və ictimai düşüncəyə təsir etmək üçün "yaxşı" hesablanmış foto paylaşır.

Ordu.az fotonun həqiqəti əks etdirib-etdirmədiyi barədə araşdırma edib. Belə ki, foto KİV-lərində peyda olmamışdan öncə, 2014-cü ildə stopfake.org saytında yayımlanıb. Əslində fotoda xüsusi şəraitdə təlim keçən, yaşamaq uğrunda mübarizə aparan rus əsgərləridir. Düşmənin məlumatına görə isə, guya bu əsgərlər erməni ordusunun əsgərləridir və hazırda ağır şəraitdə xidmət edirlər.

Foto 5 il əvvəl çəkilib

Nəticədə, "Kölgə" təşkilatı ilə məsələni dəqiqləşdirməyə çalışan şəxslər bir sıra vacib məqamların üstünü açıb. Şəklin silinməsi barədə çağırış edən şəxslərə "ictimai" təşkilat nəinki müsbət cavab verməyib, əksinə bunun müdafiə nazirliyi ilə razılaşdırıldığını etiraf edib.

Fotoların altında "Facebook" istifadəçilərindən biri sual edir: Fotonun erməni ordusu ilə nə əlaqəsi var?

“Kölgə” cavab verir: Fotonu məhz Ömər aşırımında xidmət edən hərbi qulluqçular çəkib və onlar tərəfindən göndərilib. Bəzi, istifadəçilərin şikayətindən sonra Ermənistan müdafiə nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Hovannisyan öz səhifəsində aşağıdakıları yazmağa məcbur olub.

“Əzizlərim Kəlbəcərdə heç kim soyuqdan donmayıb. Bu şəkillərin bizim ordu ilə hər hansı əlaqəsi yoxdur. Xahiş edirəm yalan məlumat yaymayın. Əsgərlər daim sizin hədiyyələri sevgilə qəbul edirlər. Ancaq bunlar daha çox simvolik əhəmiyyət daşıyır. Mənəvi cəhətdən çox vacibdir. Həqiqəti azdırmağa çalışmayın”, - deyə Hovhannisyan əslində sifarişin nazirlik tərəfindən edilməsini gizlətməyə çalışıb.

Səhifədəki şəxslərdən biri, səhifədə qeyd edilən telefon nömrəsinə zəng edib. O, erməni əsgərlər üçün nə toplandığına dair suallar ünvanlayıb.

"Kölgə" sədri Naira Petrosyan erməni əsgərlər üçün corab, örtük, isti geyim, qaz yağı, topladıqlarını etiraf edib. Bütün bunlara erməni əsgərlərinin çoxsaylı zənglərindən sonra başlanıldığını da qeyd edib. Petrosyan əsgərlərin digər təşkilatlardan da bənzər xahişlər etdiyini bildirib. O, bu barədə müdafiə nazirliyi ilə razılıq əldə edildiyini, toplanan əşyaların fövqəladə hallar nazirliyinin avtomobilləri və "CİCİ" taksi xidməti vasitəsilə göndərildiyini təstiq edib.

Təbii ki, Ermənistan müdafiə nazirliyinin qaynar xəttinə edilən zənglər zamanı belə bir razılaşmanın olmasını inkar edib, təşkilat haqqında geniş məlumatları olmadığını bildiriblər. Araşdırmalara görə, təşkilat 2004-cü ildə yaradılıb. Bəzi mənbələrdə isə təşkilatın 2007-ci ildən fəaliyyət göstərmədiyi qeyd edilib.

Faktiki olaraq, xırda bir detalla, saxta fotoşəkilin araşdırılması ilə Ermənistan müdafiə nazirliyinin öz kurasiyası altında təşkilatlar yaratmasını, bu təşkilatların digər nazirlik və xidmətlərlə də cəbhə xəttində əməkdaşlıq etdiyini ortaya çıxarırıq. Lakin əsas məsələ bu da deyil. Ən önəmlisi, Ermənistan rəhbərliyinin əsgərlərinə adi geyim formalarını belə təqdim edə bilməməsi və nəticədə erməni əsgərlərin acınacaqlı şəkildə imdad diləməsidir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Kölgə  

Xəbər lenti

"Kölgə" bir foto ilə Ermənistan MN-nin bütün gizlinlərini açdı - ARAŞDIRMA (FOTOFAKTLAR)

2017/12/mrsac-zinvorner345345_1513324945.jpg
Oxunub: 5476     11:59     15 Dekabr 2017    