102-ci bazada hərbi texnikanın idarə edilməsi üzrə təlimlər keçirilir

2017/12/7779923423_1513267469.jpg
Oxunub: 334     20:01     14 Dekabr 2017    
Ermənistandakı rus bazasının hərbi qulluqçuları ekstremal şəraitdə hərbi texnikanın idarə edilməsi təlimlərinə başlayıblar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Kamxud və Alağöz təlim mərkəzlərində bazaya yeni gəlmiş sürücü və mexanik-sürücülərlə keçirilən təlimlər 1 ay davam edəcək.

Praktiki təlimlər zamanı hərbi qulluqçular dağ şəraitində texnikanı maksimum və minimum icazə verilən sürətdə fərdi və kolon tərkibində sürməyi, həmçinin hərbi avtomobil və zirehli texnikanı ekstremal şəraitlərdə idarə etməyi öyrənəcəklər.

Ermənistandakı rus bazasının sürücüləri təlim zamanı təbii və süni maneələri dəf etməyi, donmuş qrunt torpaq hissələri, ərazinin qış qayalıq-dağ şəraitində ştat vasitələrindən istifadə etməklə özünü çəkib çıxartma, təxliyyə imkanlarından istifadə etməyi öyrənəcəklər. Hərbi birləşmənin avtomobil və zirehli texnikasını idarəetmə praktiki təlimlərinə 300-dən çox hərbi qulluqçu və 100-dən artıq hərbi texnika cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: 102-baza   Hərbi-texnika   Təlim  

Xəbər lenti

102-ci bazada hərbi texnikanın idarə edilməsi üzrə təlimlər keçirilir

2017/12/7779923423_1513267469.jpg
Oxunub: 335     20:01     14 Dekabr 2017    