Rangers, SEAL, Green Berets: Onlar üçün “bacarmadıq” anlayışı utopiyadır – Hərbi ekspert (II Yazı)

2017/12/1200px-buds_trainees_mud56456_1513242811.jpg
Oxunub: 4369     13:10     14 Dekabr 2017    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Hər şey 1957-ci ildə “Yaşıl beretlilər”in İkinci Dünya Müharibəsi zamanı yaradılan “strateji xidmət idarəsi” əməkdaşlarının bir qrupunun cəlb olunması ilə başlandı. Lakin bu başlanğıc 1947-ci ildə MKİ-də (Mərkəzi Kəşfiyyat İdarəsi) “cücərmişdi”. İlk əvvəl qrup 10 nəfər əməkdaşdan ibarət olaraq, əsasən İngiltərənin SAS qruplarının diversiya və kəşfiyyat metodlarını öyrənməklə məşğul oldular.

Qrupun daimi dislokasiyası üçün Şimali Karolinadakı Fort Breqq seçildi. Burada qrup artıq bölmələrə ayrılaraq tanınma nişanı olaraq tünd yaşıl bereti seçdi. Con Kennedinin Ağ Evə gəlişindən sonra, son zamanlar MKİ və ordu arasında qalan, artıq təyinatsızlıqdan dağılıb və nizamnamələrə əhəmiyyət verməyən “Yaşıl beretlilər” çox ciddi toplanaraq heyətlərini 2 min nəfərə qədər böyütdülər. Kennedi komandanlığa ciddi xəbərdarlıq edərək bu bölmələrə daha çox vəsaitlə təmin etmək göstərişi verdi, onların partizan və antipartizan hazırlığı konsepsiyası ilə hazırlanmalarını tələb etdi. Kennedinin fikrinə görə, müasir müharibələr diversiya və partizan müharibələri fazasına qədəm qoyub. Bu, özünü Amerikanın qatı düşməni olan Fidel Kastronun hakimiyyətə gəlməsində göstərdi.

Kennedi öz həmkarlarından fərqli olaraq çox yüksək intellektual səviyyəyə malik idi. O, belə qərara gəlmişdi ki, “Yaşıl beretlilər” tək taktika, diversiya, partizan və antipartizan hazırlığı ilə yox, həm də xarici dillər bilməli, fəaliyyət dairələrində ola biləcəkləri dövlətlərin xalqlarının adət və ənənələri ilə dərindən tanış olmalı və hətta xanımlarla rəftar zamanı xüsusi etiketi təmsil etməlidirlər. Bütün bu tələblər artıq “Yaşıl beretlilər”in daxilində ilkin olaraq “Psixoloji müharibə” aparma bölmələrinin yaradılması ilə nəticələndi.

Bu bölmələr fəaliyyət dairəsində olduqları regionlarda xalq hərəkatının oyadılması, partizan dəstələrinin yaradılması, xalqların mədəniyyətinə və adətlərinə siraət edilməsi kimi vacib, lakin hərbi kontekstdə hələ heç kimin ağlına belə gətirmədiyi bir müharibə və savaş üsulu ilə məşğul idilər.

“Yaşıl beretlilər”in həm MKİ (Mərkəzi Kəşfiyyat İdarəsi), həm də ordu komandanlığına tabe olması çox zaman ikitirəlik salır, buradan əmələ gələn bir çox narazıçılıqlar təlim prosesinə maneələr yaradırdı. Nəhayət ordu generallarının dəfələrlə prezidentə müraciətindən sonra “Yaşıl beretlilər” Pentoqona tabe edildi və artıq Cənubi Vyetnamda və Afrikada hərbi müşavirlik və diversant-kəşfiyyatçıların hazırlanması zəminində təlimatçılığa başladılar. Elə o zamanlardan “Yaşıl beretlilər” ABŞ-ın siyasi dairəsində olan bütün müharibə və münaqişələrdə istifadə olunmağa başlandı.

Hal-hazırda onlar İraq, Əfqanıstan, Suriya, Latın Amerikasının (narkotrafiklə mübarizə) qaynar nöqtələrdə xidmət aparırlar. Bundan əlavə onlar Filippində, Şərqi Asiya (Tailand) və Yaxın Şərqdə (Pakistan, Səudiyyə Ərəbistanı, Ərəb Əmirlikləri) hərbi məsləhətçi və təlimatçılar kimi missiyalarda da iştirak edirlər.

Reyncerlər - US ARMY Rangers

Bu növ XTQ-lər Amerika ordusunun “ağsaqqalları” sayılır. Onların tarixi hələ 1756-cı ilə gedib çıxır. Bunlar tarixində xüsusi süvari-piyada qüvvələri olaraq hindlilər və fransızlara qaraşı mübarizə aparırdılar. Onlar hindlilərin özəl taktikasından istifadə edərək qəfil və gözlənilməyən səmtdən hücum edtməyi üstün tuturdular. “Rangers” – sözü bir növ sərsəm meşəbəyi anlamındadır. 1974-cü ildə Reyncerlər korpusunun struktur və vəzifələri dəyişdirilərək onların qarşısında mühüm və strateji dövlət və digər obyektlərin mühafizəsi tapşırığı qoyuldu.

1991-ci ildə İraq müharibəsi zamanı Reyncerlər Səudiyyə silahlı qüvvələrini öyrədir, kəşfiyyat aparır və İraqın “Skad” raketlərini “ovlayırdılar”. Bundan əlavə, Reyncerlər Əfqanıstanda gedən antiterror mübarizəsində də iştirak edir, dağlarda Taliblərin bazalarını, komanda mərkəzlərini, təminat mağaralarını dağıdaraq məhv edir, onların böyük qruplaşmaları olan kənd-düşərgələrinə mütəmadi hücumlar təşkil edirdilər. Reyncerlər çox ciddi və sərt hazırlıq rejimi ilə seçilən elit qüvvələrdir. Onların qarşısında qoyulan tələbə görə onlar hər bir şəraitdə, gündüz-gecə, soyuq və istidə, dağ və düzəngahlarda, sahil və düşmənin qüvvələrinin arxasında, qarşıya çıxa biləcək ştatdankənar hadisələr zamanı savaş aparmalıdırlar. Onlar üçün “bacarmadıq” anlayışı utopiyadır və bu söz onların lüğətində yoxdur.

ABŞ Hərbi Hava Qüvvələrinin Xüsusi Təyinatlıları – US Air Force Special Operations

Bu tip Xüsusi Təyinatlı Korpus ABŞ ordusunda 1943-cü ildə yaradılıb. O zaman Amerikalılar Böyük Britaniyanın bu sahədə təcrübəsindən istifadə etməli oldular. İlkin olaraq təlimatçılar da Britaniyanın XT-ları idi. Onların Birmanın cəngəlliklərində Yaponlara qarşı apardığı xüsusi təyinatlı əməliyyatlar bir növ özü təlim və tədris mənbəyi idi. Xüsusi təyinatlılar əsasən, Hərbi Hava Qüvvələrinin pilotlarının xilaskarları idilər. Əyər təyyarə vurulurdusa, onun pilotlarının azad olunması ücün XT-lar düşmənin uzaq arxasına keçərək əməliyyatlar aparır və əsirləri azad edirdilər. İraq kompaniyasında XT-lar İraq minalarını taparaq təyin edir və lazer nişanlanması ilə onların məhvi üçün Hərbi Hava Qüvvələrinə korreksiya verirdilər.

Bundan əlavə HHQ XT-ları Əfqanıstanda antiterror əməliyyatlarında Talib və digər qrupların bazalarını kəşfiyyat edərək HHQ-yə bu bazaların məhvi üçün lazer səmtləşməsi ilə məlumat ötürürdülər.

ABŞ Hərbi Dəniz Qüvvələrinin “dəniz pişikləri” korpusu - US Navy Seals

SEAL – dəqiq tərcümədə “dəniz pişiyi” anlamındadır. Sözü əsaslı təhlil etsək, SEA/AİR/LAND – Dəniz, Hava, Torpaq mənası daşıdığını müəyyənləşdirərik. “Dəniz pişikləri” hər cür vəziyyət və hər cür təbii şəraitdə döyüş aparmaq ücün hazırlanıblar. Əsas təlim və tədrisdə su maneələrindən keçmək və sularda savaş aparmaq hazırlığına üstünlük verilir.

“Dəniz pişikləri”nin tarixi hələ 1861-ci il vətəndaş müharibəsinə gedib çıxır ki, bu zaman şimallıların sularda və sahillərdə qoyduğu partlayıcıları bu tip qüvvələr görünməz şəkildə yaxınlaşmaqla zərərsizləşdirirdilər.

Birinci xüsusi təyinatlı korpuslar hələ 1943-cü ildə Yaponiyanın döyüş dalğıclarının məhvi üçün hazırlandı və bundan sonra onlar İvodzima adası uğrunda ən qanlı toqquşmalarda iştirak etdilər. “Dəniz pişikləri”nin Normandiyaya müttəfiqlərin çıxarılması əməliyyatlarında da əməyi danılmazdır.

Müasir dövrdə isə “Dəniz pişikləri”nin bir döyüş vahidi kimi yaranış dövrü Con Kennedinin prezidentliyi dövründə 1962-ci ilə təsadüf edir. “Dəniz pişikləri” Vyetnam, İraq və Əfqanıstanda (Usama Bin Ladenin axtarışı zamanı “Dəniz pişikləri”nin bir əsgəri də Əfqanıstanda həlak olub) gedən müharibələrdə aktiv iştirak ediblər.

(Ardı var)
Hərbi ekspert Abuzər Əbilov
Ordu.az

Teqlər: ABŞ   XTQ  

Xəbər lenti

Rangers, SEAL, Green Berets: Onlar üçün “bacarmadıq” anlayışı utopiyadır – Hərbi ekspert (II Yazı)

2017/12/1200px-buds_trainees_mud56456_1513242811.jpg
Oxunub: 4370     13:10     14 Dekabr 2017    