"Mi" markası altında: Ən unikal Mil helikopterləri – ANALİZ (I Yazı)

2017/12/213123123213_1513188237.jpg
Oxunub: 1947     21:50     13 Dekabr 2017    
70 il əvvəl, dekabrın 12-də Moskvada aviakonstruktor Mixail Milin rəhbərliyi altında təcrübi-konstruktiv helikopter quruculuğu bürosu yaradılıb.

Büro tarixində 13 əsas helikopter modeli - yüngüldən ən ağıra qədər, o cümlədən ən məşhur - Mi-8 helikopterini inşa edib. Bu gün M.L. Mil adına Moskva Helikopter Zavodu ("Rusiya Helicopters" holdinqinə daxildir) 100-dən çox ölkədə məhsullarından istifadə olunan, helikopter istehsalında məşhur olan şirkətlərdən biridir. Rusiya ilə bərabər MDB, Asiya, Afrika, Yaxın Şərq və Latın Amerikasında helikopter aviasiyasının əsasını təşkil edən əsas bürolardan biridir.

"Rosoboroneksport"un verdiyi məlumata görə, Mi-8, Mi-24 və Mi-26 helikopterləri bir sıra qonşu ölkələrdə fəaliyyətini davam etdirir. Bu maşınların populyarlığı nisbətən aşağı qiymətə olması, təlim keçmiş uçuş və texniki heyətin mövcudluğu ilə bağlıdır.

Mi-1 - ilk seriya

İlk Sovet istehsalı helikopter olub və daha öncə "helikopter Mil-1" adlandırıldı. İlk uçuş 1948-ci ildə olub. 1951-ci ildə istifadəyə qəbul olunub və üç ildən sonra onun seriya istehsalına başlanılıb.

Bu helikopter 575 at gücündə mühərriklə ilə təchiz edilib. 170 km /saat sürətlə üç kilometrdən artıq olmayan yüksəklikdə hərəkət edə bilər. Kabinədə pilotdan əlavə, daha iki sərnişin ola bilər. Maşın klassik tək pərli sxemə uyğun olaraq üç qollu daşıyıcı və quyruq vintləri ilə təchiz edilərək qurulub.

Uzun illər Mi-1 helikopterləri həm mülki aviasiyada, həm də silahlı qüvvələrdə fəal şəkildə istifadə edilib. Mi-1, poçt və yük çatdırmaq, xəstə və yaralıları çətin sahələrdən çıxarmaq və əkinçilik ərazilərini dərmalamaq üçün istifadə edilib. Cəmi, müxtəlif iş şəraitləri üçün təxminən 10-a yaxın modeli inşa olunub. 1960-cı ildə helikopterin istehsalı dayandırılıb. Ümumilikdə 2600-dən çox Mi-1 istehsal edilib.

Polşada istehsal edilən helikopterlərin əksəriyyəti Sovet İttifaqı tərəfindən alınırdı. Polyaklar SM-1 və SM-2 helikopterinin iki versiyasını hazırlayırdılar.

Yeri gəlmişkən, 1957-ci ildə Mi-1T (hərbi telefon xəttlərinin çəkilməsi üçün) modernləşdirilən versiya sınaqdan keçirilib. Bir uçuşda 13 km uzunluğunda rabitə xəttinin çəkilişinə icazə verən telefon kabeli konteynerlər helikopterdən asılırdı.

Mi-8 - ən çox istehsal edilən helikopter

92 ölkədə 5 mindən çox Mi-8/17 helikopteri qeydiyyata alınıb. Bu baxımdan, Mi-8 helikopterləri tarixin ən kütləvi istehsal edilən helikopterlərindən biri sayılır. 1991-ci ildən etibarən xarici müştərilər 1500-dən çox helikopter ilə təmin olunub.

Xalq arasında Mi-8 "Kolya" ya da "Mikolka" ləqəbi alıb. İlk uçuşu 1961-ci il iyunun 24-də icra edilib. 1965-ci ildən istismar edilir, 12 mindən çox sayda istehsal olunub.

Bu helikopter hər biri 2000 at gücündə olan iki mühərrik ilə təchiz edilib. 270 km / saat sürətlə üça bilir. Mi-8 ailəsinin ilk nümayəndələri Vyetnam müharibəsindən bəri son 40 ilin bütün münaqişələrində özlərini layiqincə təmsil edə biliblər.

Mi-8MT, Mi-17, Mi-171 mülki və hərbi məqsədlər üçün əhəmiyyətli dərəcədə təkmilləşdirilən versiyaları da daxil olmaqla Mi-8-in 130-dan çox versiyası istehsal olunub. Ən məşhur modeli isə Mi-17-1B-dir. Bu helikopterlərin 90% -i ixrac olunur. Bu model müxtəlif avadanlıqlara malik ola bilər. Rusiya və MDB ölkələri üçün Mi-171Ş modeli məşhurdur. 2016-cı ildən etibarən Rusiya qoşunları Arktika şəraitində çalışmaq üçün Mi-8AMTŞ-VA modifikasiyalı Mi-8 alırlar.

Beynəlxalq Uçuş Analitik Mərkəzinin hesabatına (Dünyanın hərbi-hava qüvvələrinin inkişaf perspektivlərinə həsr olunmuş) görə, 2015-ci ilin sonunda dünyada Mi-8/17 helikopterlərinin təxminən sayı 2555 ədəddir. Bu isə dünya helikopter parkının 13% -ni təşkil edir.

Mi-10K - "uçan kran"

Tikinti- quraşdırma və inşaat işlərində istifadə olunması nəzərdə tutulan hərbi nəqliyyat helikopteri Mi-10-un mülki modifikasiyası "uçan kran"dır. Bu "qısa ayaqları" və gövdə altında əlavə pilot kabinası olan bir versiyadır.

İlk uçuşu 1965-ci ilin iyun ayında baş tutub və istehsalı 1975-ci ildə başlayıb. 17 ədəd helikopter istehsal edilib və onlardan dördü sonradan yenidən qurulub. Dizaynerlər xarici görünüş və platformadan imtina etdilər. Şassinin hündürlüyünü azaldaraq helikopterin çəkisinin və alın müqavimətinin azalmasına nail oldular. Helikopterin yüklənməsi və boşalması zamanı özünü doğrultmayan idarəetmə kameraları əvəzində "uçan kran" ikinci dairəvi görünüşə və üçüncü idarəetmə mexanizmlərinə malik asılma kabinə ilə təchiz olundu.

1961-ci il sentyabrın 23-də Mi-10 sınaqlar zamanı 15103 kq yükü 2200 m hündürlüyə daşımaqla rekord qırdı. Mi-10-un seriya istehsalı 1964-cü ildə başladı və yalnız 24 ədəd təşkil etdi. Yüklərin bərkidilməsi kimi texniki problemlər həllini tapmadığı üçün bu helikopterlərdən geniş istifadə olunmadı.

Mi-12 - ən ağır yük qaldırıcı

Dünya aviasiyası tarixində ən ağır qaldıra bilən helikopter hesab edilir. İlk uçuş 1968-ci il iyulun 10-da baş tutub. 1969-cu il avqustun 6-da indiyə qədər helikopterlər üçün əlçatmaz olan rekorda imza atıb - 2255 metr hündürlüyə 44205 kq yük qaldırıb. Mi-12 toplam yeddi dünya rekorduna imza atıb.

Mi-12-ni yaradan Mil adına Büro, helikopter texnologiyasında görkəmli nailiyyətlərinə görə Amerika Helikopter Cəmiyyəti tərəfindən Sikorski adına mükafata layiq görülüb.

Mi-12-nin əsas fərqləndirici xüsusiyyəti geriyə doğru daralan qanadlar üzərində olan vintlərin yan tərəfli tənzimlənməsidir. Bu helikopterin, Strateji Raket Qüvvələri üçün qitələrarası ballistik raketlərin daşınması üçün ən azı 30 ton qaldıra biləcək super-ağır nəqliyyat helikopteri kimi istifadə olunması nəzərdə tutulub. 105 tonluq "ağırçəkilini" havaya hər biri 6500 at gücündə olan dörd mühərriki qaldırır. Mi-12-nin sürəti 260 km /saata çatır. Ekipaj - altı nəfərdən ibarətdir.

Gövdənin önü iki mərtəbəli bir kabindən ibarətdir. Quyruq hissəsində yan qapaqlar olan bir güc nərdivanı mövcuddur. Açıldığında isə, maşınların daxil olması və malların yüklənməsi üçün giriş meydana gəlir. Helikopterin mərkəz hissəsini böyük bir yük bölməsi tutur. Ancaq belə bir nəhəng helikopterə orduda ehtiyac olmadı və hər iki maşın muzey eksponatına çevrildi. Bununla yanaşı, bu müstəsna helikopterlərin layihələndirilməsi və sınaqdan keçirilməsi təcrübəsi nəticəsiz qalmırdı.

(Ardı var)
Ordu.az

Teqlər: Mil-ailəsi   Helikopter   Rusiya  

Xəbər lenti

"Mi" markası altında: Ən unikal Mil helikopterləri – ANALİZ (I Yazı)

2017/12/213123123213_1513188237.jpg
Oxunub: 1948     21:50     13 Dekabr 2017    