Beynəlxalq Hidroqrafiya Təşkilatının Texniki Dəstək Qrupu ilə görüş keçirilib - FOTOLAR

2017/12/831dad2b3ac6c36b81bb66a26dc480c9_4539518613.jpg
Oxunub: 1072     17:44     13 Dekabr 2017    
Bakıda Müdafiə Nazirliyinin Naviqasiya və Kartoqrafiya İdarəsi ilə Beynəlxalq Hidroqrafiya Təşkilatının Texniki Dəstək Qrupunun nümayəndələri arasında “Azərbaycan Respublikasında Hidroqrafiya Xidmətinin imkanlarının dəyərləndirilməsi” mövzusunda görüş keçirilib.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, ölkəmizin Beynəlxalq Hidroqrafiya Təşkilatına üzv olması prosesinin sürətləndirilməsi məqsədilə keçirilən tədbirdə bu istiqamətdə görülən işlər barədə müzakirələr aparılıb.

Qonaqlara naviqasiya, hidroqrafiya və hidrometeorologiya fəaliyyətlərinin yerinə yetirilməsi mövzusunda brifinqlər təqdim olunub, idarədə mövcud olan müasir texniki avadanlıqların imkanları nümayiş etdirilib, həmçinin onları maraqlandıran suallar cavablandırılıb.

Səfər çərçivəsində Beynəlxalq Hidroqrafiya Təşkilatının Texniki Dəstək Qrupunun nümayəndələri Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə də görüşüb, mövcud naviqasiya, hidroqrafiya və hidrometeorologiya avadanlıqları ilə tanış olub, hərbi dənizçilərlə təcrübə mübadiləsi aparıblar.

Ordu.az

Foto

Teqlər: MN   Beynəlxalq-Hidroqrafiya-Təşkilatı  

Xəbər lenti

Beynəlxalq Hidroqrafiya Təşkilatının Texniki Dəstək Qrupu ilə görüş keçirilib - FOTOLAR

2017/12/831dad2b3ac6c36b81bb66a26dc480c9_4539518613.jpg
Oxunub: 1073     17:44     13 Dekabr 2017    