SQ üzrə komandir heyətinin nəzəri və praktiki bilikləri yoxlanılır - FOTOLAR

2017/12/0c854d0c5d6686307a2a85a621af4a3f_1513085103.jpg
Oxunub: 529     17:23     12 Dekabr 2017    
Silahlı Qüvvələr üzrə komandir heyətinin nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılır.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2017-ci ilin döyüş hazırlığı planına əsasən, poliqonlarda və təlim mərkəzlərində müxtəlif ixtisaslar üzrə tabor, divizion və onlara bərabər tutulan bölmələrin ən yaxşı komandirlərinin müəyyən edilməsi məqsədilə yarışlar keçirilir.

Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Kəşfiyyat bölmələrinin divizion, eskadrilya və tabor komandirləri arasında keçirilən müsabiqədə iştirak edən şəxsi heyətin atəş, sıra və fiziki hazırlığı üzrə nəzəri bilikləri və praktiki vərdişləri yoxlanılıb, həmçinin zabitlərin döyüş zamanı tabeliklərində olan bölmələri idarəetmə bacarıqları qiymətləndirilib.

Bütün iştirakçılar yoxlanılan suallar üzrə yüksək bilik və bacarıq nümayiş etdirərək yaxşı qiymətlər alıblar.

Ordu.az

Foto

Teqlər: MN   SQ  

Xəbər lenti

SQ üzrə komandir heyətinin nəzəri və praktiki bilikləri yoxlanılır - FOTOLAR

2017/12/0c854d0c5d6686307a2a85a621af4a3f_1513085103.jpg
Oxunub: 530     17:23     12 Dekabr 2017    