Ordu.az xəbər verir ki, bu barədə Vaşinqtonda yerləşən “Pew Resarch Center” araşdırmalar mərkəzi tərəfindən keçirilmiş soruğunun nəticələrinə dair məqalədə qeyd olunur.
Sorğu cari ilin 27 fevralından 25 aprelədək davam edib və Türkiyə, Tunis, Livan, İordaniya və İsraildən 6204 nəfər arasında aparılıb.
Sorğunun nəticələrinə əsasən, iştirakçıların 64 faizi Rusiyanın Yaxın Şərqdə ən böyük təsirə malik ölkə olduğu aşkarlanıb.
Türkiyə 63 faiz səslə ikinci, ABŞ isə 62 faiz səslə üçüncüdür.
Siyahıda İran 53 faiz səslə dördüncü, İsrail 46 faiz səslə beşinci, Misir isə 19 faiz səslə altıncıdır.
O cümlədən iştirakçılar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan başqa bütün ölkə liderləri barədə mənfi fikirdədirlər.
Ağalar Qəribov
Ordu.az