Hərbi oliqarxlar və kasıb balalarından təşkil olunan ordu - ANALİZ

2017/12/345345345345345345_1512983025.jpg
Oxunub: 986     13:21     11 Dekabr 2017    
Ermənistan müdafiə nazirliyi və istintaq orqanlarının yaydığı məlumatlar əsasında məlum olub ki, 2017-ci ilin 11 ayı ərzində 58 hərbçi ölüb. Onlardan 25 nəfəri cəbhə xəttində atəşkəsi pozmağa və ya təxribat törətməyə cəhd edərkən məhv edilib, 33 hərbi qulluqçu isə cəbhə xəttindən kənar yerləşən hərbi hissələrdə, silahla təhlükəsiz davranış, özünəqəsd, sağlamlıq problemləri, qarşılıqlı münasibət qaydalarının pozulması, hərbi qulluqçular tərəfindən bir-birinə yetirilən xəsarət və digər səbəblərdən ölüblər.

Erməni cəmiyyəti müharibə şəraitində olan ölkədə, cəbhə xəttinə nisbətən kənarda yerləşən hərbi hissələrdə daha çox hərbi qulluqçusunun ölməsini Ermənistan daxilində daha təhlükəli və qəddar düşmənin olması ilə izah edir.

"Daxili düşməni konkret məmur və ya dövlət qurumu simasında axtarmaq lazım deyil. Problem hakimiyyət institutlarının böhranı işərisində daha dərindir. Biz hiss etmədən keçən illər ərzində ordu dövlət institutu və təhlükəsizlik aləti kimi vahid birliyini itirib", -deyə erməni KİV-ləri qeyd edir.

Ermənistan ordusunda baş verən hadisələri gündəlik izləsək görərik ki, Sarkisyan hakimiyyətinin məntiqində ordu çoxdan digər seqmentləri hədəf alan sistemli bir seqmentə çevrilib. Faktiki olaraq, erməni ordusu daxili çəkişmələrə məruz qalıb. Düşmən ordusunda yuva salmış generallar cəbhədə olmasa da, İrəvanın elitar məhəllələrində özlərinə qalalar qurub. Ermənistan daxilində azsaylı, aqressiv varlılar və çoxsaylı kasıblar arasında isə barrikadalar qururlur.

Erməni aktivist Aram Nokoğosyan ordu daxilində baş verən təbəqələşməni bu şəkildə təsvir edib: "Kasıbların yetimləri ordudakı özbaşınalığın qurbanları olurlar. Ordudan oğurlananlar əsgərin qayğısı ilə maraqlanmağa vaxtı olmayan paqonluların dəbdəbəli iqamətgahlarına, qızıl nömrəli maşınlarına çevrilib. Paqonsuz oliqarxlar isə boynu yoğun killerlərlə dolu şəxsi "ordu"larının ehtiyaclarını güclə ödəyirlər. Ordu daxilində dözülməz sədd formalaşıb. Bu səddin bir tətəfində hərbi oliqarxlar, digər tərəfində kasıb balalarından təşkil olunmuş ordu durur".

Aktivistin yazısından da göründüyü kimi, Sarkisyan hakimiyyəti üçün ordu məhz hərbi elita adlandırılan korrupsiyaya bulaşmış paqonlu bir hissənin qruplaşmasından ibarətdir.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Ölüm  

Xəbər lenti

Hərbi oliqarxlar və kasıb balalarından təşkil olunan ordu - ANALİZ

2017/12/345345345345345345_1512983025.jpg
Oxunub: 987     13:21     11 Dekabr 2017    