Ballistik raket istehsal edən müəsisələrə qabaqlayıcı zərbələr endirilə bilər – Hərbi ekspert

2017/12/1492591788-787134534_1512396256.jpeg
Oxunub: 4194     21:43     04 Dekabr 2017    
Bu gün ABŞ və Cənubi Koreya, 230-dan artıq hərbi təyyarə və 12000 hərbi qulluqçu cəlb etməklə "Vigilant ACE- 18" təlimlərinə başlayıb. İlk dəfə təlimlərə eyni zamanda 6 ədəd F-22 Raptor, 6 ədəd 5-ci sinif F-35A , 10-a yaxın F15C qırıcısısı, 10-dan cox EA-18 "Qrouler" göyərtə təyyarəsi və 2 ədəd B-1B Lanser səsdən yüksək surətli strteji bombardmançı təyyarələr cəlb olunub.

Cənubi Koreyanın Milli Müdafiə nazirliyinin verdiyi məlumata görə, təlimlərin əsas məqsədi günün və ilin istənilən vaxtında, istənilən iqlim şəraitində iki ölkənin HHQ-nin hərbi əməkdaşlıq və qarşılıqlı əlaqələrinin inkişaf etdirilməsidir.


Şimali Koreyanın nüvə və raket proqramı ilə bağlı obyektlərin bənzəri olan hədəflərə yüksək dəqiqlikli zərbələrin endirilməsi, hərəkətdə olan raket atıcı qurğuların və düşmənin uzaqvuran artilleriyasının məhv edilməsi və onun ərazisinə desant çıxarılması üzrə mütəlif ssenarilər hərbi təlimlərin əsas mövzusu olacaq.

Koreya yarımadasında gərginliyin yeni mərhələsi fonunda, ABŞ və Cənubi Koreya HDQ-nin birgə hərbi təlimlərə start verməsi Şimalı Koreya tərəfindən dərin narahatçılıqla qarşılandı və nəticədə noyabrın sonunda Şimali Koreya tərəfindən istehsal olunan "Xvason-15" qitələrarası ballistik raketin buraxıldı.

KXDR Xarici İşlər Nazirliyi proseslərin ölkəsinə qarşı açıq-aşkar təxribat olduğunu, bunun hər zaman nüvə müharibəsinə səbəb ola biləcəyini bəyan etdi. Cavabında Ağ Ev Şimali Koreya ilə müharibə təhlükəsi hər gün artdığını bildirdi.

Amerikalı senator Lindsi Qrem isə silahlı münaqişənin qaçılmaz olduğunu nəzərə alaraq Cənubi Koreyadan ABŞ nümayəndəliklərində çalışan əməkdaşların ailələrinin çıxarılmasını vacibliyini vurğulayıb.

"Xvason-15" QBR-nin 13000 km məsafədə yerləşən hədəflərə zərbə endirə bilməsi, praktiki olaraq ABŞ ərazisinin bütün ərazisinin bu raketin məhvetmə radiusuna daxil olması deməkdir.


Şimali Koreyanın buraxdığı raket əlbəttə ki, döyüş başlıqlı raket deyildi. Bu sadəcə bir peyk daşıyan raket idi. Amma peyki daşıyan raketi buraxan ölkə döyüş başlığını da yarada bilər. Bu isə elə də qısamüddətli bir layihə deyil. Ortalama olaraq 8-10 il zaman ala bilən bir məsafə qət edilməlidir. Nüvə başlığını daşıyacaq raket modifikasiya edilmir, yenidən qurulur. Bu isə KXDR-nin raket sənayesinin inkişaf tempini nəzərə alarsaq, ən azı bir neçə ildən sonra mümkün olacaq.

Bundan əlavə KXDR-nin istehsal etdiyi raketlərin tuşlama sistemində ciddi nöqsanlar var. Raketlərin dəqiqliyi də şübhə doğurur. Zaman-zaman raketlərin hədəfdən yayınması və ya orbital yüksəkliyə çatmadan nəzarətdən çıxması hallarına şahid olmuşuq. Raketin və nüvə başlığının biri-birinə uyğunlaşması da çox vaxt aparan prosessdir. Bütün bu hallar uzun illər ərzində çoxsaylı sınaqlar vasitəsilə aradan qaldırıla bilər. Şimali Koreya öz militarist bəyanatlarının qurbanına çevrilə bilər. Çünki, hələlik söhbət nüvə başlığı daşıyan raketin yox, sadəcə peyk daşıyan raketin buraxılışından gedir. Bunlar isə fərqli mövzulardır.


Geniş çaplı hərbi əməliyyatların dekabrin 15-də Yaponiyanin sədrliyi ilə baş tutacaq BMT-nin iclasına qədər keçiriləcəyini zənn etmirəm. Ayrı-ayrı nüvə araşdırmaları aparan və ballistik raket istehsalı edən müəsisələrə qabaqlayıcı zərbələr endirilə bilər. Pxenyanın isə bu zərbələrə layiqli cavab verəcəyi inandırıcı görünmür. KXDR-in cavab atəşi intihara bərabər ola bilər.

Bu iclasda isə daha geniş əhatəli sanksiyalar qəbul edilə bilər. Çinin bu iclasdakı vəziyyəti və tutacağı mövqe də maraq doğurur. Bir tərəfdən 2017-ci ilin yayından bütün hərbi əlaqələrini dayandırdığı , sərhədlərində nüvə silahı ilə nə etdiyi bəlli olmayan və sözə baxmayan KXDR rejiminin olması ilə barışa bilmir, digər tərəfdən ABŞ kimi dünya nəhənginin burnunun ücünda özünə yer etməsini qəbul edə bilmir. Trampın Çinə səfərinin hansı real nəticələri verəcəyini, yalnız 10 gündən sonra görə biləcəyik.

Təlimlər isə dekabrın 8-də bitməlidir. Görəsən bitəcəkmi?

Hərbi Ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: KXDR   ABŞ   Nüvə-müharibəsi  


Bizi "telegram"da izləyin