Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən məlumat yayılıb.
Bildirilir ki, Dövlət Departamenti Varşavaya bu növ silahların satılmasına müsbət yanaşır.
Polşa 250 milyon dollara 150 ədəd “hava-hava” tipli orta mənzilli AMRAAM raketi, həmçinin digər 250 milyon dollara isə təkərli şassi üzərində yerləşdirilən yaylım atəşi reaktiv sisteminin yüngülləşdirici kompleksi HIMARS-ı almağı planlaşdırır.
Varşava komplekslərlə birlikdə 61 ədəd operativ-taktiki ballistik raket də almaq niyyətindədir.
Ağalar Qəribov
Ordu.az