Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin verdiyi məlumata görə, bu raketlərin məhvetmə radiusuna Amerika qitəsinin bütün ərazisi daxildir. Bu isə 10000 km-dən çox məsafə deməkdir. Bu raket, Şimali Koreya rəhbərliyinin Siyasi və Fəhlə Partiyasının strateji qərarı ilə hazırlanıb. "Xvason-15" qitələrarası ballistik raket (QBR) sinfinə daxildir. Kim Çen Inın sozlərinə görə, dövlətin nüvə silahlarının tamamlanmasında tarixi müvəffəqiyyət əldə olunub.
Yayılan məlumatlarda, "Xvason 15" QBR-in sinaqlarının uğurlu olduğu iddia olunur. 960 kilometrə yaxın məsafə qət edən raket Yaponiyanın iqtisadi zonasıda, Şimali Aomori perfekturasından 250 kilometr aralıda yerə düşüb. Bu tip Şimalı Koreya raketlərinin ilk dəfə rekord yüksəklikdə- 4475 kilometrdə uçması həqiqətən də bəşəriyyətin ciddi bir təhdidlə qarşı-qarşıya olduğuna sübutdur. Bu yüksəkliyı əldə edən ballistik raketlərin 10000 kilometrdən artıq radiusda hədəflərə qarşı effektiv olması mümkündür. KXDR-nın sınaqlarına cavab olaraq, Cənubi Koreya da bir neçə dəqiqə sonra üç raketdən sınaq atışları həyata keçirib.
Bir sıra ölkələr artıq Şimali Koreyanın hərəkətlərini kəskin şəkildə qınayıblar. Tokio isə onları təxribat adlandıraraq, rəsmi etirazını dilə gətirdi. Yəqin ki, yaxın saatlarda BMT-nin TŞ-nın iclası öz işinə başlayacaq.
Göründüyü kimi, dünya nüvə müharibəsinin bir addımlığındadır. Üç ABŞ aviadaşıyıcısının Koreya sahillərində olmasını nəzərə alarsaq, baş verəcək mümkün qarşıdurmanın nə ilə nəticələnəcəyini təsəvvür belə edə bilmərik. ABŞ-da dənizçi polkovnikin dəri çantanı açaraq, onu hərəkətlərinin proqnozları mümkün olmayan Trampa təqdim etməsinin nə ilə sonlanacağını düşünmək belə qorxuncdur.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az