Rusiyanın yeni RƏM sistemi ABŞ QBR-lərinin yeni “qırıcısı” olacaq

2017/11/full-151152388096f12d0560974002f61e77a457be2dce456456_1511526337.jpeg
Oxunub: 2413     20:25     24 Noyabr 2017    
Rusiya Müdafiə Nazirliyi bu gün yeni raket əleyhinə müdafiə sistemi – A 235 “Nudol”un uğurla sınaqdan keçirilməsinin videogörüntülərini yayımlayıb.

Yeni hava hücumundan müdafiə vasitəsi ilk dəfə sınaqdan keçirilir və onun taktiki-texniki xüsusiyyətləri tam məlum deyil. Lakin ekspertlər bu sistemi A-135 “Amur”un xələfi hesab edirlər.

“Nudol”un “Amur”dan əsas fərqi birincinin daha keniş ərazi spektrində yerləşməsidir ki, bu da məntiqi olaraq daha çox imkan deməkdir. Əgər “Amur” hava-kosmik zərbələrindən yalnız mərkəzi regionu mühafizə edirsə, “Nudol”u praktiki olaraq hər yerdə istifadə etmək və istiqamətə yönəltmək olar.

Məlumdur ki, bu RƏM iki variantda – yaxın və uzaq mənzilli olaraq istehsal olunacaq.

Ekspertlərin fikrincə, A-235 ABŞ-ın istənilən qitələrarası ballistik raketlərini (QBR) məhv edə biləcək.

Bildirilir ki, bu, hücum edən raketin bütün elektrikini məhv etməyə yönəlmiş kiçik nüvə partlayışı nəticəsində mümkün olacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Nudol   QBR  


Bizi "telegram"da izləyin