ABŞ-ın KXDR-lə kritik sınağı: Ağ Evə hansı strateji həll üsulu lazımdır?

2017/11/orig-151134485668dea879829a0ff1c601016872cda433_6045436828.jpeg
Oxunub: 2758     21:58     22 Noyabr 2017    
ABŞ-ın KXDR-ə münasibətdə vəziyyəti getdikcə daha böhranlı xarakter alır.

Ordu.az “The National Interest” agentliyi tərəfindən nəşr olunan “Newly Declassified Documents Prove America's North Korea Strategy Has Failed” (“Yeni məxfilikdən çıxarılan sənədlər sübut edir ki, ABŞ-ın KXDR-ə münasibətdə strategiyası uğursuzdur”) məqaləsini təqdim edir.

ABŞ-ın Dövlət Departamenti, Pentaqon və Ağ Ev Şimali Koreyanın öz nüvə ehtiyatlarının bir hissəsini Atom Enerjisi üzrə Beynəlxalq Agentlikdən gizlətdiyini təxmin edir.

Öz növbəsində Pxenyan bəyan edir ki, KXDR beynəlxalq ictimaiyyətin onlara qarşı olan mövqeyini dayandırmaq və öz nüvə potensialını inkişaf etdirmək üçün istənilən yollara əl atacaq. Şimali Koreyanın nəhəng silah müttəfiqi Çinin motivləri hələ də tam aydın deyil və bu, vəziyyəti bir qədər də qəlizləşdirir.

Xatırladaq ki, 1991-1992-ci illərdə Corc Buş administrasiyası Koreya yarımadasının nüvəsizləşdirmək və Pxenyanı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətinə təhvil vermək üçün həyacanlı şəkildə çıxış yolları axtarırdı. Ötən həftə Milli Təhülkəsizlik Xidmətinin arxivləri sayəsində KXDR-in nüvə məsələsi üzrə ondan çox sənəd məxfilikdən çıxarıldı. Bütün bu sənədlər ABŞ administrasiyasının məxsul şəxslərinin necə aciz və uğursuz şəkildə KXDR-in nüvə nəhəngi olmasının qarşısını almağa çalışmalarını sübut edir.

Həmçinin sənədlər ABŞ hökumətinin Şimali Koreyaya münasibətinin son 25-30 il ərzində o qədər də dəyişmədiyini sübut edir. Onda və indi Vaşinqtonun Pxenyana dair rəsmi siyasəti tam və maneəsiz şəkildə Koreya yarımadasının nüvəsizləşdirilməsindən ibarət idi.

Həmin dövrdə Ağ Ev hesab edirdi ki, ABŞ-la KXDR arasında mövcud olan diplomatik əlaqələr vasitəsilə Pxenyana iqtisadi məcburetmə tədbirləri tətbiq etməklə onları danışıqlar masası ətrafına gətirə biləcək. Və sənəddə qeyd edildiyi kimi, yalnız Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin təminatı barədə razılaşma Koreya yarımadasının nüvəsizləşdirilməsi yolunda ilk addım ola bilər.

Onda və indi ABŞ hökuməti natamamlıqları aradan qaldırmalı və bürokratik əngəlləri həll etməli idi. Hələ 1992-ci ildə münaqişənin tənzimlənməsi üzrə zəmanətin verilməsinə təsdiq yolunda əsas maneə Dövlət Departamenti ilə prinsipial razılaşmama oldu. Amerika dipliomatları Kim rejimi ilə təntənəli şəkildə razılaşma əldə etməyə yaxın olarkən Pentaqon bəyan etdi ki, Buş administrasiyası tez-tez verdiyi sözü tutmayan dövlətlə əlaqələr qurmağa tələsir, bu isə qəbulolunmazdır.

Ümumilikdə, gizlilikdən çıxarılan sənədlər əsasında bu qənaətə gəlmək olar ki, ABŞ-ın Şimali Koreyanın nüvə proqramı üzrə siyasəti dəyişməz, statik olaraq qalmaqdadır. Vaşinqtonun KXDR-in səmimiliyi və Çinin əməkdaşlıq təklifinə dair narahatçılığı hələ ötən əsrin 90-cı illərindən başlanıb və hələ də ilk növbədə məhz Amerika siyasətinin realizə olunmasına ciddi maneə, həmçinin təhdidlər yaradır.

Keçmiş və indi arasında əsas fərq bundan ibarətdir ki, Birləşmiş Ştatlar Pxenyanın nüvə proqramını sonlandırması ilə özlərini çərçivələmək istəmir. Hazırda əsas diqqət Kim Çen Inın rejimini nüvə sınaqlarını dayandırmağa və malik olduğu arsenalı dağıtmağa dair çağırışlara yönəlib. Həmçinin ABŞ hökuməti Şimali Koreyanın malik olduğu nüvə proqramını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətinə verməyə və Kim Çen Inın Vaşinqtona onunla da Səddam Hüseyn və Müammər Qəddafi kimi davranmağın qarşısını alan yeganə maneə adlandırdığı nüvə proqramını dondurmağı planlaşdırır.

ABŞ 25 il davam edən və ənənəvi strategiya üzrə Pxenyanın uğursuz təhdidlərindən sonra siyasi xətti dəyişmək zamanı gəlib. ABŞ siyasi liderləri Şimali Koreyanın nüvəsizləşdirilməsini mümkün hadisə olaraq düşünməyə davam etdikcə, Ağ Evə problemi aradan qaldırmağa qadir strateji həll üsulu düşünmək üçün daha uzun zaman lazım olacaq.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   ABŞ  

ABŞ-ın KXDR-lə kritik sınağı: Ağ Evə hansı strateji həll üsulu lazımdır?

2017/11/orig-151134485668dea879829a0ff1c601016872cda433_6045436828.jpeg
Oxunub: 2759     21:58     22 Noyabr 2017    