“Sarmat” perspektiv qitələrarası ballistik raketi hansı imkanlara malikdir?
Kompleks, 1970-ci ildən silahlanmada istifadə olunan “Voevoda”adlı şaxta tipli ballistik raketləri əvəz etmək üçün nəzərdə tutulub. Bu raket start kütləsi 110 ton, uçuş məsafəsi 11000 km, sürəti 7km/s, hər biri 750 kiloton gücündə olan 10-15 ədəd fərdi tuşlama mexanizmli döyüş başlığından ibarətdir. Daşınan döyüş başlıqlarının çəkisi 10 tondan artıqdır. “Sarmat” strateji zərbə kompleksinin 2020-ci ilə kimi silahlanmaya qəbul ediləcəyi ehtimal olunur. Bu vaxta qədər digər sınaqlar da bitməlidir. Qərb ekspertlərinin “Satana-2”(Şeytan-2) adlandırdıqları bu kompleks Rusiyanın nüvə qalxanının ən yüksək, pik nöqtəsi olacağı gözlənilir. 2011-ci ildən etibarən raketlərin yaradılması istiqamətində gərgin iş gedir. Onun, 2020-ci ildə raket qoşunlarının silahlanmasına qəbul edilməsi planlaşdırılır.
“Sarmat” QBR-ni digərlərindən fərqləndirən əsas xüsusiyyətlərindən birincisi, raketlərin analoqlarından iki dəfə az çəkiyə, lakin daha uzaq məsafəyə uça bilməsidir. Buna maye yanacaq növündən, bərk yanacaq növünə keçməklə nail olunub.
İkincisi, raketlərin ABŞ-ın hava məkanına həm Şimal, həm də Cənub qütbündən daxil ola bilməsidir . Bu isə, ABŞ-ı bir qədər düşünməyə vadar edəcək. Çünki ABŞ öz ərazisini dairəvi hava hücumundan mühafizəsini təşkil etməyib. Əsasən Şimal qütbü istiqamətində HHM və RƏM sistemini yerləşdirən Pentaqon, bu raketlərin Rusiyada silahlanmaya qəbul ediləcəyi təqdirdə, mütləq əlavə böyük vəsaitlər xərcləyərək Cənub qütbü istiqamətində də eyni sistemləri yerləşdirəcək.
Üçüncüsü, “orbital endirmə” texnologiyası raketlərin həm döyüş başlıqlarını, həm də xidmət müddəti başa çatdıqdan sonra mülki kosmik qurğuların orbitə çıxarılmasına imkan verir.
Rusiya Pentaqonun1600-2700 km atəş məsafəsi olan “Tamoqavk” qanadlı raketlərindən “Sarmat” və “Voevoda” QBR-in şaxtalarını qorumaq üçün onları ölkənin sərhədlərindən 2000-4000 km uzaqda yerləşdirib. Məsələn, 62-ci raket diviziyasını Krasnoyarsk vilayətinin Ujur rayonunda , 13-cu raket diviziyasını isə, Orenburq vilayətinin Yasnıy rayonunda yerləşdirib.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az