Ordu.az xəbər verir ki, bu barədə Şimali Koreya üzrə ixtisaslaşan “38 North” analitik proqramının saytında yayılan məqalədə qeyd edilib.
Ekspertlər öz qənaətlərini noyabrın 5-də peyk vasitəsilə çəkilən şəkillərlə əsaslandırırlar. Bildirilir ki, həmin şəkillərdə iki slindr formalı obyekt görünür, onlar isə daha çox sualtı gəminin xarici gövdəsini xatırladırlar. Obyektlərdən birinin diametri araşdırmaya görə, 7,1 metrdən 6,1 metrədək ola bilər. Bu məlumatların analizi nəticəsində ekspertlər belə qənaətə gəliblər ki, KXDR ballistik raketləri daşımağa qadir “Simpxo” tipli sualtı gəmilərin yaradılması üzərində çalışır.
Həmin obyektlərin yaxınlığında yerləşən stenddə, ekspterlərin sözlərinə görə, üzərində atəş konteyneri bərkidilən xidməti qüllə görünür. Bu, ballistik raketlərin sınaqlarının davam etdiyini göstərir. Həmçinin, ekspertlər həmin ərazidə və onun yaxınlığında xüsusi aktivliyin nəzərə çarpmadığını da bildirirlər.
Ağalar Qəribov
Ordu.az