23 ölkə müdafiə sahəsində birgə bəyanat imzaladı

2017/11/01BB3F96-3498-4256-B8D3-AE135D48E950_w1023_r1_s32432_1510587332.jpg
Oxunub: 1327     23:32     13 Noyabr 2017    
Avropa İttifaqına daxil olan 23 ölkənin nümayəndəsi Brüsseldə müdafiə sahəsində daimi strukturlaşdırılan əməkdaşlığa dair birgə bəyanat imzalayıblar.

Ordu.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının saytında məlumat yerləşdirilib.

Sənədi Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Xorvatiya, Kipr, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İtaliya, Latviya, Litva, Lüksemburq, Hollandiya, Polşa, Rumınya, Sloveniya, Svolakiya, İspaniya və İsveç imzalayıb.

Müdafiə üzrə əməkdaşlığın dərinləşdirilməsi Avropa İttifaqı ölkələri üçün müdafiə və təhlükəsizlik sahələrində daha sıx əməkdaşlığı nəzərdə tutur. Bu struktur ölkələri müdafiə potensialını birgə inkişaf etdirmək, investisiyaları və birgə layihələri, həmçinin öz Silahlı Qüvvələrinin əməliyyat hazırlığını yüksəltməyə imkan verəcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər:   Müdafiə  

23 ölkə müdafiə sahəsində birgə bəyanat imzaladı

2017/11/01BB3F96-3498-4256-B8D3-AE135D48E950_w1023_r1_s32432_1510587332.jpg
Oxunub: 1328     23:32     13 Noyabr 2017    