Ordu.az defenseworld.net saytında istinadən xəbər verir ki, “Northrop Grumman” şirkəti ABŞ Hərbi Dəniz Qüvvələrinə ilk “MQ-4C Triton” dronunu təhvil verib.
Dünənki günədək ABŞ Hərbi Dəniz Qüvvələri öz arsenalında yalnız pilotlu uzaq kəşfiyyat vasitələrinə malik idi. 2008-ci ildə ABŞ Müdafiə Nazirliyi və “Northrop Grumman” şirkəti pilotlu təyyarəçi-kəşfiyyatçıların xüsusi pilotsuz qurğularla əvəz edilməsinə dair 1,164 milyard dollar qiymətə malik uzunmüddətli müqavilə imzalayıb.
“MQ-4C Triton” PUA-sı ilk uçuşunu 2014-cü ilin oktyabr ayında həyata keçirib, iki il sonra isə ABŞ Hərbi Dəniz Qüvvələri bu maşınların ilk partiyasını sifariş verib. Cari ilin mayında aydın olub ki, ABŞ hərbçiləri daha üç aparat və onlar üçün yerüstü avadanlıqlar sifariş veriblər. Bu müqavilənin qiyməti isə 303,9 milyon dollar təşkil edir.
İlk “Triton” “Point Mag” (Kaliforniya ştatı) hərbi obyektinin bazasında yerləşdiriləcək. Cari ilin sonunadək Hərbi Dəniz Qüvvələri daha bir “MQ-4C” nümunəsi əldə edəcəklər. Növbəti il üçünsə daha iki PUA-nın təhvil verilməsi gözlənilir.
Yeni dronun kəşfiyyat qurğularına çoxfunksiyalı GPS, videokamera, elektrooptik/infraqırmızı ötürücü, radiokəşfiyyat qurğuları, avtomatik sistem identifikasiyas (AIS) aiddir. Bu qurğular aparata avtomatik şəkildə müxtəlif növ obyektləri tanımaq və qruplaşdırmaq imkanı verir.
Ağalar Qəribov
Ordu.az