ABŞ Fars körfəzində lazer silahlarının praktiki sınağını keçirir - VİDEO
Oxunub: 2336
21:14
10 Noyabr 2017
ABŞ donanması Fars körfəzində lazer silahlarının praktik sınağını keçirir.
Ordu.az xəbər verir ki, ABŞ bu kimi sınaqlarda əsasən USS Ponce gəmisinin üzərində yerləşən LaWS sistemindən istifadə edir.
Silah istifadəçilərinin sözlərinə görə, bu lazer digər silahlardan bir neçə dəfə daha dəqiqdir, həm suda, həm quruda və həm də havada tamamilə fərqli məqsədlər üçün istifadə edilə bilər.
“Lazer tək hava təmaslı hədəflərə və ya suüstü hədəflərə qarşı ixtisaslaşan dar məqsədlər üçün nəzərdə tutulan bir silah deyil. Bu əslində çoxtərəfli mükəmməl bir silahdır”, - deyə gəminin kapitanı Kris Vells bildirir.
Məlumata görə, bu lazer silahlar "işıq sürəti" ilə hədəfə çataraq onu məhv edir. Onun, qitələrarası ballistik raketlərdən 50 min dəfə daha sürətli olduğu bildirilir. Lazer üçün su, külək, tüstü və s. maneə ola bilmir. Lazerin əhatə dairəsi məhdudlaşmır.
İlk öncə, sınaqların həyata keçırılməsi məqsədilə havaya pilotsuz uçuş aparatı buraxılır, tuşlayıcı isə LaWS lazer silahının köməyi ilə bir neçə saniyədə hədəfi uğurla məhv edir.