NATO Avropada komandanlıq mərkəzlərinin sayını artıracaq

2017/11/54353_1510226898.jpg
Oxunub: 1010     19:24     09 Noyabr 2017    
Soyuq müharibənin bitməsi dövründən sonra NATO ilk dəfə Avropada yeni komandanlıq mərkəzləri yaracaq.

Ordu.az “The Independent” nəşrinə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“NATO-ya daxil olan ölkələrin müdafiə nazirləri yeni iki komandanlıq mərkəzi yaratmaq barədə razılığa gəliblər: onlardan biri Avropdada qoşunların yerdəyişməsini koordinasiya edəcək, digəri isə Atlantik Okeanda hərbi dəniz əməliyyatlarına fokuslanacaq”, - deyə Stoltenberq bildirib.

Stoltenberqin sözlərinə görə, NATO XXI əsr gerçəkliklərinə uyğunlaşmağa davam edir.

“Bizim komandanlıq strukturumuz alyansın əsasını təşkil edir. O, onilliklər ərzində dəyişən təhlükəsizlik şərtlərini nəzərə almaqla inkişaf edib”, - deyə baş katib qeyd edib.

Beləliklə, NATO-nun Avropada yerləşən komandanlıq mərkəzlərinin sayı 7-dən 9-a yüksələcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: NATO   Avropa  

NATO Avropada komandanlıq mərkəzlərinin sayını artıracaq

2017/11/54353_1510226898.jpg
Oxunub: 1011     19:24     09 Noyabr 2017    