Rusiya və Yaponiya prezidentləri KXDR məsələsini müzakirə edəcəklər

2017/11/149329937335354_1510219072.jpg
Oxunub: 1252     17:23     09 Noyabr 2017    
“Yaponiya və Rusiya liderləri görüşün sonunda ikitərəfli münasibətləri və KXDR problemini müzakirə edəcəklər”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Yaponiya hökumətinin baş katibi Yosixide Suqa jurnalistlərə bəyan edib.

“ASEAN və Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitidə iştirak üçün baş nazir Sindzo Abe noyabrın 9-dan 15-dək Vyetnam və Filippinə səfər edəcək... Sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putin, Çin lideri Şi Tsinpinlə və digər ölkələrin rəhbərləri ilə görüşlər keçiriləcək. Rusiya-Yaponiya görüşündə, sentyabrda Vladivastokda keçirilən görüşdə olduğu kimi, sülh müqaviləsinin imzalanmasından başlayaraq ikitərəfli əlaqələr, KXDR problemi və beynəlxalq vəziyyət müzakirə ediləcək”, - deyə Suqa qeyd edib.

Daha öncə, Rusiya prezidentinin müşaviri Yuri Uşakov noyabrın 10-da Vladimir Putinin Dananqda keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitidə Vyetnam prezidenti Çan Day Kuanq, Fillipin prezidenti Rodriqo Duterte, Çin lideri Şi Tsinpin və Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşəcəyi barədə məlumat verib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Koreya-böhranı   Yaponiya   Rusiya  

Rusiya və Yaponiya prezidentləri KXDR məsələsini müzakirə edəcəklər

2017/11/149329937335354_1510219072.jpg
Oxunub: 1253     17:23     09 Noyabr 2017    