“Mən Rusiyanı da bu dəhşətli vəziyyətə təsir etməyə səsləyirəm” - Tramp

2017/11/15084465034353453543_1510213846.jpg
Oxunub: 1276     15:50     09 Noyabr 2017    
ABŞ prezidenti Donald Tramp Çin Xalq Respublikasının lideri Şi Tsinpinlə birgə təşkil etdiyi mətbuat konfransında bütün dünya ictimaiyyətini, xüsusən də Rusiyanı Koreya yarımadasında vəziyyətin tənzimlənməsinə kömək etməyə, Çini isə daha sürətli və effektli fəaliyyət göstərməyə səsləyib.

“Biz bütün ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamə və sanksiyalarını yerinə yetirməyə və Şimali Koreya ilə biznesə son verməyə səsləyirik. Bütün ölkələr bu rejimin dünyanı nüvə silahı ilə təhdid etməsinin qarşısını almaq üçün birləşməlidirlər”, - deyə Tramp qeyd edib.

O, Çin liderinə KXDR-lə ticarət əlaəqlərinin məhdudlaşdırılması, həmçinin Pxenyanla bütün bank əlaqələrinin dayandırılmasına görə təşəkkür edib.

“Mən Rusiyanı da bu dəhşətli vəziyyətə təsir etməyə səsləyirəm”, - deyə Tramp bəyan edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Koreya-böhranı   Nüvə   KXDR  

“Mən Rusiyanı da bu dəhşətli vəziyyətə təsir etməyə səsləyirəm” - Tramp

2017/11/15084465034353453543_1510213846.jpg
Oxunub: 1277     15:50     09 Noyabr 2017    