Rusiya ordusunun silahlanma proqramı - Son beş il

2017/11/15073800314353453_1510141090.jpg
Oxunub: 3911     19:32     08 Noyabr 2017    
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahında son 5 ildə orduda baş verən dəyişikliklər müzakirə edilib.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hərbi ekspert Viktor Litovkin “Sputnik” radiosuna müsahibəsində Rusiya ordusunun müasir silah növləri ilə güclənməsi barədə məlumat yayıb.

”Son 5 il ərzində Rusiya ordusu öz arsenalına 300-dən çox hərbi texnika nümunəsi qəbul edib” – deyə Baş Qərargah rəhbəri Valeri Gerasimov Müdafiə Nazirliyinin kollegiya iclasında qeyd edib.

Onun sözlərinə görə, 2021-ci ilədək ordunun müasir silah və texnika ilə təchiz edilməsi 70 faizi keçəcək.

İnkişafın əsas istiqamətləri strateji qüvvələrin döyüş hazırlığı, eşolonlaşdırılmış aerokosmik müdafiənin gücləndirilməsi və idarəetmə sisteminin mükəmməlləşdirilməsi inkişaf proqramının açar elementləri olub.

Qərargah rəhbəri qeyd edib ki, hərbi donanma son 5 il ərzində 60-dan çox döyüş gəmisi olmaqda 150-dən çox gəmi ilə təchiz edilib. Sahil qoşunlarının arsenalına həm dənizdə, həm də quruda hədəfləri məhv etməyə qadir 13 ədəd “Bal” və “Bastion” raketləri verilib.

Dəniz aviasiyası bu müddət ərzində 60-dan çox təyyarə və helikopterlə təchiz edilib, dəniz strateji nüvə qüvvələrinin döyüş imkanları isə 25 faiz yüksəlib.

Gerasimov vurğulayıb ki, həmçinin son illər ərzində raket hücumu barədə xəbərdarlıq sistemləri mükəmməlləşdirilib. Hazırda rus ordusu uçuşun istənilən nöqtəsində ballistik raketləri aşkar etməyə qadirdir.

Hərbi ekspert, ehtiyatda olan zabit Viktor Litovkin “Sputnik” radiosunun efirində Rusiyanın ordunun silahlanması məsələsində uğurlarından danışıb.

“Rusiya Silahlı Qüvvələri bu gün müasir hərbi texnikanın çatışmazlığından əziyyət çəkmir. Rusiya əhalisi 9 May Paradında Qırmızı Meydandan ən müasir silahlar keçəndə, buna əmin ola bildi. Buraya həm “Armata” tankları, həm “Kurqanets-25” ağır döyüş maşını, həm “Bumeranq” yüngül döyüş maşını, həm “Yars” strateji raketi, həm “İskəndər-M” strateji raket kompleksi, həm də digər zirehli nəqliyyat vasitələri aiddir. Və bütün bunlar bizim Silahlı Qüvvələrimizin başına göydən tökülməyib. Bu, 2020-ci ildə bitməli olan dövlət silahlanma proqramının uğurla həyata keçirilməsinin nəticəsidir”, - deyə Viktor Litovkin qeyd edib.

Onun sözlərinə görə, son bir neçə il ərzində proqram dəyişdirilməyib və rus hərbçiləri nəzərdə tutulan məqsədə doğru irəliləməkdə davam edirlər.

“Təbii ki, hansısa silah növləri plandan çıxarıldı, lakin proqramın əsas istiqamətləri qüsursuz şəkildə yerinə yetirilib: ilk növbədə, bu, strateji təyinatlı raket-nüvə qüvvələrinə aiddir. Öz istehsalımız olan üç ədəd “Borey” tipli strateji sualtı atom gəmimiz silahlanmaya daxil olub, onların hər birində hamısı 10 ədəd döyüş başlığı ilə təzhiz edilən 16 ədəd “Bulava” strateji raketləri yerləşdirilib. Bizim strateji təyinatlı raket qüvvələrimiz yaradılıb. Yenidən silahlanma isə, indi də davam etməkdədir. Bu gün strateji təyinatlı raket qüvvələrinin 70 faizini dünyanın istənilən yerində yerləşən istənilən rəqibi tapmağa qadir müasir döyüş sistemləri təşkil edir. Və heç bir raket əleyhinə müdafiə sistemi bu raketlərə nə bu gün, nə sabah, nə də birisigün mane ola bilməz”, - deyə hərbi ekspert fikirlərini yekunlaşdırıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya-ordusu   Silahlanma  


Bizi "telegram"da izləyin