Rusiyanın Suriyadakı əməliyyatları birqütblü dünyaya son qoydu – Popov

2017/11/160721-trump-rapist345345_1510138597.png
Oxunub: 1611     18:53     08 Noyabr 2017    
Suriyada Rusiya Aerokosmik Qüvvələrinin əməliyyatlara başlaması birqütblü dünyanın mövcudluğu situasiyasına son qoyan qırılma nöqtəsi oldu.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin İslam Konfransı Təşkilatı ilə əlaqələr üzrə xüsusi nümayəndəsi, Rusiyanın Yəmən, Liviya və Tunisdə keçmiş səfiri olan Veniamin Popov bildirib.

“Rusiya aviaqrupunun Suriyada İŞİD-ə qarşı əməliyyatlara başlaması Suriya Ərəb Respublikasının eskalyasiyasının və terrorçuluğun Avropaya yayılmasının qarşısını aldı”, - deyə Popov qeyd edib.

Rusiyalı diplomat qeyd edib ki, hər şeyin dəyişməyə başladığı dönüş nöqtəsi kimi 30 oktyabr 2015-ci il tarixini seçmək olar. “Məhz bu tarixdə Rusiya Aerokosmik Qüvvələri Suriyaya daxil oldular. Niyə bu, yalnız Yaxın Şərq üçün deyil, həm də bütün dünya üçün vacibdir? Çünki bununla birqütblü dünya sona çatdı” – deyə Putinin xüsusi nümayəndəsi vurğulayıb.

Popov həmçinin qeyd edib ki, Rusiya hərbçilərinin İŞİD-ə qarşı mübarizəsi bütün dünyada sülhün qorunması baxımından Moskvanın “irimiqyaslı xidmət”idir. Eləcə də, bu, Rusiyanın mövqeyini möhkəmləndirdi. Moskvanın əhəmiyyəti Qərbin zəifləyən mövqeyi fonunda artmaqdadır.

“Qərb ağır və sistem hüdudlarını əhatə edən böhran keçirir. Onların mövqeyi zəifləməkdə davam edəcək”, - deyə keçmiş səfir bəyan edib.

Popov əlavə edib ki, Yaxın Şərq ölkələrində 40-dan çox münaqişə var, bu isə regionun özünməxsus xüsusiyyətləri ilə əlaqədardır. Və bütün qeyd olunanlar fonunda digər sivilizasiyalar siyasi arenaya qalxırlar.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Suriya-böhranı   Rusiya   Yaxın-Şərq  

Rusiyanın Suriyadakı əməliyyatları birqütblü dünyaya son qoydu – Popov

2017/11/160721-trump-rapist345345_1510138597.png
Oxunub: 1612     18:53     08 Noyabr 2017    