Ordu.az “Rossiyskaya qazeta” nəşrinə istinadən xəbər verir ki, Birləşmiş Ştatların Müdafiə Nazirliyi “Boeing” şirkəti ilə birgə Alyaska ştatında yerləşən “Fort Qrili” hərbi bazasında raket əleyhinə müdafiə komplekslərinin quraşdırılması işlərini tamamlayıb.
Rəsmi məlumatlara görə, hazırda orada KXDR və İran tərəfindən raket təhdidləri ilə mübarizə aparmaq üçün 44 belə kompleks yerləşdirilir.
Xatırladaq ki, bu günlərdə Ağ Ev ABŞ Konqresinə Alyaskada daha 20 raket əleyhinə müdafiə kompleksinin quraşdırılması ilə bağlı soğru gönədərib.
Cari ilin sentyabr ayında isə, Pentaqon raket əleyhinə müdafiə sistemlərinin maliyyələşdirilməsinə ayrılan xərclərin daha 136 milyon dollar artırılmasını təklif edib.
Ağalar Qəribov
Ordu.az