“Rusiyanın Suriya ilə bağlı qətnamə layihəsi prespektivə malik deyil” - Conatan Allen

2017/11/orig-15100904071402535253345345_1510123322.jpg
Oxunub: 1061     14:38     08 Noyabr 2017    
Rusiyanın Suriyada kimyəvi hücumların təhqiqatı üzrə BMT-Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı missiyasının işinə dair qətnamə layihəsi BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul olunma imkanına malik deyil.

Ordu.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu fikri BMT-də Böyük Britaniyanın daimi nümayəndəsinin müavini Conatan Allen səsləndirib.

Allen jurnalistlərə bildirib ki, Rusiyanın qətnamə layihəsi Şurada çox az dəstəklənir və qəbul edilmək üçün prespektivə malik deyil.

Qeyd edək ki, birgə təhqiqat mexanizmi mandatının müddəti 17 noyabrda bitir. 24 oktyabrda Vaşinqton missiya mandatının müddətinin artırılmasına dair qətnaməni səsverməyə çıxarıb. Lakin, Rusiya tərəfi Xan-Şeyxun və Umm-Xoşu münaqişələrinə dair hesabatların müzakirəsinin zəruri olduğunu qeyd edərək sənədi qəbul etməyib.

Xatırladaq ki, noyabrın 3-də Nikki Heyli Suriyada kimyəvi silahın tətbiqinə dair münaqişənin təhqiqatı üzrə BMT və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatının işinin davam etdirilməsinə nail olmağa çalışacağını bəyan edib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: BMT   Rusiya   Suriya-böhranı  

“Rusiyanın Suriya ilə bağlı qətnamə layihəsi prespektivə malik deyil” - Conatan Allen

2017/11/orig-15100904071402535253345345_1510123322.jpg
Oxunub: 1062     14:38     08 Noyabr 2017    