Yaponiya KXDR-ə qarşı sanksiyaları genişləndirir

2017/11/Sindzo-Abe-2_1510036128.jpg
Oxunub: 1156     14:28     07 Noyabr 2017    
Yaponiya Nazirlər Kabineti KXDR-in raket-nüvə proqramı ilə əlaqədar olaraq onlara münasibətdə sanksiyaların genişləndirilməsi barədə qərarı təsdiq edib.

Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, “Kyodo” agentliyi Nazirlər Kabinetinin bu gün səhər keçirilən iclasında belə qərarın qəbul olunduğu barədə məlumat yayıb.

Yeni məhdudiyyətlər 35 fiziki və hüquqi şəxsə şamil olunur. Adətən, Tokio belə qərarları KXDR-də raket-nüvə proqramına, minerallar və kömürün ixracına, həmçinin ölkə xaricinə göndərilən Şimali Koreya işçi qüvvəsi məsələsinə aidiyyəti olan şəxs və təşkilatlara münasibətdə tətbiq edir.

Qeyd edək ki, Tokionun Pxenyana münasibətdə sanksiyaların genişləndirilməsi qərarı barədə dünən ABŞ prezidenti Donald Trampla birgə keçirdiyi mətbut konfransında Yaponiyanın baş naziri Sindzo Abe bəyan edib. Onun sözlərinə görə, qərar raket və nüvə problemlərini, həmçinin Şimali Koreyanın xüsusi xidmət orqanları tərəfindən oğurlanan Yaponiya vətəndaşları ilə bağlı məsələləri həll etmək məqsədilə qəbul edilib.

Xatırladaq ki, Yaponiya KXDR-ə münasibətdə son dəfə sanksiyaları cari ilin avqustunda genişləndirib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yaponiya   KXDR   Sindzo-Abe  

Yaponiya KXDR-ə qarşı sanksiyaları genişləndirir

2017/11/Sindzo-Abe-2_1510036128.jpg
Oxunub: 1157     14:28     07 Noyabr 2017    