Koreya böhranı dərinləşir: KXDR ABŞ-a tab gətirə bilərmi? – Hərbi ekspert (ANALİZ)

2017/11/maxresdefault435354_4529955006.jpg
Oxunub: 6871     21:38     06 Noyabr 2017    
Vaşinqton və Seul ABŞ-a məxsus strateji nüvə qüvvələrinin Cənubi Koreyada yerləşdirilməsi barədə razılığa gəliblər. Bu barədə Pentaqon rəhbəri Ceyms Mettis və Cənubi Koreyanın müdafiə naziri Son Yon Mu məlumat veriblər.

2017-ci il sentyabrın 3-də Şimali Koreya sayca altıncı nüvə sınaqlarını həyata keçirdi. Cənubi Koreya ərazisində 5,6 bal gücündən 6,3 bal gücünə qədər zəlzələ baş verdiyi rəsmən qeydə alındı. Bu isə, Şimalı Koreyanın ABŞ-nın vaxtilə Xirosimaya atdığı bombadan 4,5-5 dəfə daha güclü hidrogen bombasından istifadə etməsi ehtimallarını tam təsdiq etdi. Daha öncə, Cənubi Koreya rəhbərliyi bu məsələdə gözləmə mövqeyində idi. Lakin, Şimalı Koreyanın keçirdiyi növbəti nüvə sınaqlarından sonra rəsmi Seul ABŞ rəhbərliyindən strateji qüvvələri ölkə ərazisində yerləşdirməyi xahiş etdi. Pentaqon rəhbərliyi isə, ABŞ-ın Şimalı Koreyanı heç vaxt nüvə dövləti kimi qəbul edilməsi ilə razılaşmayacağını vurğuladı.

“Biz heç vaxt Şimalı Koreyanın nüvə silahına malik olması ilə barışa bilmərik”- deyə ABŞ rəsmisi, yeni sınaqların keçirilməsinin Şimali Koreyanın öz təhlükəsizliyinə də təhdid olduğunu vurğulayıb.

Mettis və Son Yon Mu arasında keçirilən görüşün tam detalları açıqlanmasa da ehtimallara görə, müharibə şəraitində Cənubi Koreyanın Silahlı Qüvvələrinin ABŞ tərəfindən operativ nəzarət olunması barədə şərtlər müzakirə olunub. Bu isə, fərqli bir tərəfdaşlıq mənzərəsi yaradır. Yəni, əgər Şimali Koreya ilə müharıbə başlayarsa, Cənub qüvvələrinə ABŞ rəhbərlik edəcək.

Razılaşdırmadan dərhal sonra, Şimali Koreya sərhədlərində ABŞ, Yaponiya və Cənubi Koreya Silahlı Qüvvələrinə məxsus aviadaşıyıcıların, ağır bombardmançıların və qırıcıların də iştirak etdiyi genişmiqyaslı hərbi təlimlər keçirildi. Təlimlərdən narahat olan Pxenyan ABŞ-ı “gözlənilməyən anda, indiyə kimi görünməyən güclə” vuracağı ilə hədələdi.

Pentaqon isə, KXDR tərəfindən nüvə silahından hər hansı bir formada istifadə ediləcəyi təqdirdə, ABŞ tərəfindən kütləvi hərbi zərbə ilə cavab veriləcəyini bəyan etdi. ABŞ-Cənubi Koreya razılaşmasına görə, Pentaqon yarımadada aviadaşıyıcılar, atom sualtı gəmiləri və strateji aviasiyanı yerləşdirəcək. 25 il öncə ABŞ Koreya yarımadasındakı hərbi bazaya və bu bazada nüvə silahına malik idi. O zaman ABŞ prezidenti olan Harri Trumanın Şimalı Koreya tərəfindən döyüşən Çin könüllü xalq ordusunu dayandırmaq üçün daha güclü silahdan istifadə etmək planı var idi. Çünki, ABŞ-da düşmənə uzaq məsafədə nüvə zərbəsi endirmək üçün daşıyıcılar yox idi. Buna görə də baza və nüvə silahının yarımadada yerləşdirilməsi ABŞ-ın hərbi doktrinasına uyğun gəlirdi.

1992-ci ildə Cənubi və Şimalı Koreya arasında qarşılıqlı “nüvəsizləşmə” haqqında deklarasiya imzalandı. Bu müqavilənin şərtlərinə görə Cənubi Koreya öz ərazisində həm amerikan, həm də şəxsi nüvə silahının yaradılmasından tam imtina etdi.

Hal-hazırda bu razılaşma faktiki olaraq qüvvədən düşüb. 2017-ci il ərzində rəsmi Seulun mövqeyi bir neçə dəfə dəyişdi. Öz inkişafını silahlanmaya həsr etmək istəməyən Cənubi Koreya yenidən öz ərazisində nüvə silahını yerləşdirmək qərarını, şimal qonşusunun dayanmadan davam edən təhdidlərinə cavab olaraq verdi. Hazırda, bir çox hərbi ekspert və ölkə fəalları Cənubi Koreyanın milli nüvə silahını yaratması ideyasını dəstəkləyir.

ABŞ konqressinin Təhqiqatlar Xidməti müharibə başlayacağı təqdirdə, şimal və cənub qonşularının potensial itkilərini hesablayıb. Əgər KXDR nüvə silahından istifadə etməzsə və ya ancaq adi silahlarda istifadə edərsə ilk günlərdə hər iki tərəfdən həlak olanların sayı 30000 ilə 300000 arası ola bilər.

2017-ci il üçün “The Military Balance” təşkilatının məlumatına görə Şimali Koreya 1 mln 190 min şəxsi heyətə, 545 təyyarəyə, 73 sualtı gəmiyə, 11 min hava hücumundan müdafiə qurğusuna, 4 mindən çox tanka, 2,5 mindən çox zirehli texnikaya və 21,1 min artilleriya qurğusuna malikdir. Ballistik raketlərin sayı barədə dəqiq məlumatlar yoxdur. Lakin, zaman-zaman Şimali Koreyada hərbi paradlar keçirlirir. Ən son parad bu ilin aprelin 15-də Şimali Koreyanın sabiq prezidenti Kim İr Senin anadan olmasının 105 illiyi münasibətilə keçirildi. Paradda ölkənin əsas nailiyyəti hesab olunan nüvə başlıqlı ballistik raketləri nümayiş etdirildi. Məsələn, son paradda nümayiş olunan “Xvason-5” (NATO-da KN-02) adlanan raket, formal olaraq strateji nüvə silahı sayılmır. Sözügedən sistemlər Sovet İttifaqında istehsal olunan “Toçka-U” operativ taktik raketlərinin oxşarıdır. Sovet İttifaqı naməlum səbəblərə görə, bu raketləri Şimali Koreyaya satmaqdan qəti imtina edib. Çox güman ki, KXDR həmin raketin nümunəsini Misir və ya Suriyadan əldə edə bilib. Daha sonra, bu raketlər İranda “Şahab-5”, Misirdə isə “Skad B” adı ilə nümayiş edilib. İran bu raketlərin istehsal patentini də əldə edib. Hazırda, bu raketlərdən İran, Suriya, Misir, Yəmən , Vyetnam, Konqo, Liviya, Birləşmiş Ərəb Əmirlikləri və Efiopiya ordularının arsenalında var.

Paradda ikinci görünən raket “Pukguksong-2” (Qütb ulduzu-2) raketinin isə, sovet analoqu yoxdur. Lakin, sistemin yaranmasının dəqiq məntiqi səbəbləri var. Bu raketin yaranmasının əsas səbəbi Şimali Koreya ordusunun qarşısında duran vəzifələrdən irəli gəlir. Şimali Koreya Cənubi Koreyadan fərqli olaraq, Yaponiyaya 500 kilometrlik “Xvason-5” (Samur) və ya “Xvason-6” raketləri ilə zərbə endirə bilməz. Klassik orta mənzilli ballistik raketlərin 2-5,5 min kilometr atəş məsafəsi ilə də bu tapşırığı (Yaponiya yaxın, ABŞ isə uzaqdadır) yerinə yetirə bilmirlər.

Buna görə də, Şimali Koreyalı mütəxəssislər klassık ballistik raketlərin 1200 kilometr məsafə üçün, nəzərdə tutulan qısaldılmaış variantı “Pukkuksong-2” raketini yaratdılar. Eyni zamanda, bu raketin dənizdən buraxıla bilən variantını və onu daşıyacaq dünyada öz sinfində ən kiçik ölçülü sualtı qayıq olan “Sinpo”nu inşa etdilər. Bu qayıq da xarici görünüşünə görə, keçmiş Yuqoslaviyanın 70-ci illərdə istehsal etdiyi “Sava” və “Xeroy” sualtı qayıqlarına çox bənzəyir. Hal-hazırda bu raketlərin qurudan buraxılmaq üçün nəzərdə tutulan yeni modellərinin son sınaqları bitib və gələn ilin əvvələrində raketin silahlanmaya qəbulu gözlənilir. Mobil versiyanın şassisi üçün 8 ədəd tırtıl-təkəri olan uzadılmış T-62 bazasından istifadə edildiyi ehtimal olunur.

Paradda numayiş olunan raketlərdən biri də birpilləli “Nodon-A” və “Nodon-B” (atəş məsafəsi 1300-2000 km) ballistik raketləridir ki, bunalar da sovetlərə məxsus orta mənzilli “Pioner” ballistik raketinin prototipidir. Mənfi cəhəti isə döyüşə hazır olmaq üçün uzun zaman sərf etməsidir (yanacaq doldurulması 1 saat vaxt aparır ). Bu kompleksin atıcı qurğusunun və şassısinin istehsal texnologiyasında Belorusiya imzası görünməkdədir. İki pilləli uzun mənzilli raketin dənizdən buraxıla bilən versiyası hələ tam hazır deyil. Bu raketləri isə 1990-ci ildə sovetlərdən alınan sualtı gəmiyə də yerləşdirəcəklərı ehtimal olunur.

Paradda nümayiş olunmayan stasionar start mövqelərində olan raketlərdən “Xvason-1” və “Xvason-2“ (HATO-da “Taephodonq-1” və “Taephodonq-2”) raketləri də Şimali Koreyanın arsenalındadır. 2500 km atəş məsafəsinə malik bu qitələrarası ballistik raketlərin də mənfi cəhətlərindən biri stasionar mövqedə yerləşdiyinə görə, daim vacib hədəf kimi düşmənin nəzarətində olması, digəri isə raketin yanacaqla atəşdən qabaq təmin olunmasıdır. Bütün bunlar böyük vaxt itkisinə gətirib çıxarır. Son nəticədə raketin düşmənə qarşı çevik reaksiyası mümkün olmur.

Şimali Koreya çoxsaylı raket sınaqları ilə ən çox yadda qalan ölkələrdən biridir. İlk sınaqları çox zaman uğursuz (10-30 kilometrdə raketlər dənizə düşürdü) nəticələnirdi. Lakin, son dəfə 15 sentyabr tarixində buraxdığı raket 800 kilometr yüksəkliyə çataraq, 3700 kilometr məsafə qət etdi. Yaponiyanın Xokkaydo adasından 2200 kilometr aralıda düşən raketi vuran olmadı.

Paradda nümayiş olunan ağır yanacaqlı qitələrarası ballistik raketin mobil versiyası isə, Rusiya istehsalı olan “Topol-M” ilə eynilik təşkil edən ”Pyonyanq” raketləri idi. Təbii ki bunlar barədə həm Pentaqonun, həm də qonşu ölkələrin xəbəri var idi. İndi isə, buna əyani şahid oldular.

Qitələrarası ballistik raketlərin təkmilləşdirilməsi istiqamətində işlər çox sürətlə gedir. Stend və atəş sınaqları başa çatsa da, uçuş sınaqları hələ də keçirilməyən raketlərin olması barədə mətbuatda məlumatlar çıxır.

Vaşinqtonun yarımadada çoxvektorlu siyasətinə son qoyulmayana qədər, Şimali Koreya rəhbərliyinin raket-nüvə proqramını bağlamasına ümid etmək absurd olardı. Bunu anlayan Cənubi Koreya ABŞ-dan gətirilən 4 ədəd THAAD tipli hava hücumundan müdafiə batareyasını şimal sərhədi boyunca yerləşdirib. Oktyabrın 27-də Northrop Grumman şirkətinin Cənubi Koreyaya 4 ədəd RQ-4 Global Hawk tipli PUA təqdim edəcəyi barədə məlumat yayıldı. Yeri gəlmişkən, bu PUA-ların hər biri 223 milyon dollara başa gəlir.

Bütün dünya ictimaiyyətinin səylərinə baxmayaraq Koreya yarımadasında münaqişənin sülh yolu ilə, diplomatik danışıqlar vasitəsilə həll olunması mümkün variant kimi görünmür. Əksinə vəziyyət kritik və gərgin həddə yaxınlaşır. Şimali Koreyanın imkanları ABŞ kimi qüdrətli orduya uzun müddət müqavimət göstərmək üçün yetərli deyil. Əvvəllər ballistik raketlərin maketləri ilə hərbi paradlar keçirən Şimali Koreya rəhbərliyi, ABŞ ordusunun məğlub olduğu bir müharibə xatırlayırmı? Ən yaxşı halda 70-ci illərin səviyyəsində olan, döyüşə hazır vəziyyətə gətirilməsinə bəzən günlərlə vaxt sərf olunan silahlarla 650 milyard dollar büdcəsi olan bir orduya qarşı savaşmaq Şimali Koreyanı böyük sarsıntılara gətirib çıxara biləcəyi hər kəsə məlumdur.

Digər tərəfdən isə, şəxsi düşüncəmə görə ABŞ-a məxsus taktiki nüvə silahları heç vaxt Koreya yarımadasından çıxarılmayıb. Müqavilədə yazılması, hələ nüvə silahının tam çıxarılması demək deyil. Bu addımların atılması ABŞ doktrinası ilə daban-dabana ziddir. ABŞ Sakit okeanın istənilən nöqtəsindən Şimali Koreyaya sarsıdıcı zərbə endirə bilər. Sırf Koreya yarımadasında ABŞ qüvvələrinin dislokasiya olunması sadəcə zərbənin hədəfə 5 yoxsa 20 dəqiqəyə çatacağını bəlli edir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: KXDR   ABŞ   Koreya-böhranı  

Koreya böhranı dərinləşir: KXDR ABŞ-a tab gətirə bilərmi? – Hərbi ekspert (ANALİZ)

2017/11/maxresdefault435354_4529955006.jpg
Oxunub: 6872     21:38     06 Noyabr 2017    