Ordu.az topwar.ru saytına istinadən xəbər verir ki, Norçev Hərbi Hava Qüvvələrinin mətuat xidməti öz rəsmi “Facebook” səhifəsi olan “Luftforsvaret”də “Erlann” aviabazasına çatdırılan ilk F-35 qırıcılarının şəkillərini paylaşıb.
Norveç F-35 qırıcılarının istehsalında iştirak edən ölkələrdən biridir. Hazırda, Norveç Müdafiə Nazirliyi bir hissəsi xilasedici paraşütlə təchiz ediləcək 52 təyyarənin yığılmasını sifariş edib. Bununla belə, Norveçə çatdırılan ilk F-35-lərdə belə paraşütlər yoxdur.
Norveç Hərbi Hava Qüvvələri noyabrın 10-da qırıcıların silahlanmaya qəbulu üçün rəsmi tədbir keçirməyi planlaşdırır. Lakin, F-35-lərin hərbi qarovula çıxması 2019-cu il üçün nəzərdə tutulub.
Ağalar Qəribov
Ordu.az