“Əgər Rusiya-Qərb qarşıdurması olmasaydı, Qarabağ münaqişəsi həll edilərdi” - Sergey Markedonov

2017/11/345345354435345_1509814397.png
Oxunub: 2107     00:47     05 Noyabr 2017    
“Əgər Rusiya-Qərb arasında mövcud gərgin vəziyyət olmasaydı, onlar münaqişə tərəflərinə təzyiq göstərməklə Dağlıq Qarabağ münaqişəsini güzəştli yolla həll edərdilər. Lakin, hazırda nə Rusiya nə də Qərbin belə bir fikri yoxdur. Dağlıq Qarabağ münaqişə tərəfləri bir-birinə güvənmədiyi təqdirdə tənzimlənmə prosesi getdikcə mürəkkəbləşir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Humanitar Elmlər İnstitutunun professoru, politoloq Sergey Markedonov erməni mətbuatına açıqlamasında bildirib.

Markedonov, münaqişənin nə Rusiya üçün, nə də ABŞ üçün prioritet olmadığını deyib: “Bəlkə mənim dediyim başqa cür çıxar, lakin səmimidir. Kobud şəkildə desək, vəziyət belədir: əgər, çox atəş səsi gəlmirsə, deməli hər şey yaxşıdır. Tərəflər arasında baş tutan danışıqlarda irəliləyiş olacağını gözləmək isə, düzgün olmazdı”.

O, bununla belə danışıqların az əhəmiyyət kəsb etmədiyini və görüşlər baş verməyəcəyi təqdirdə müharibənin olacağını qeyd edib.

“Siyasət mümkün olan sənətdir, bu fantaziya deyil. Hazırda tərəflərin qeyri-qarşılıqlı güzəştli yanaşmalarını nəzərə alarsaq, mövcud status-kvo ən yaxşısıdır. 2011-ci ildə Kazan zirvə toplantısından sonra obyektiv danışıqlar olmayıb. Bundan sonra, baş tutan istənilən görüş “gəlin müharibə etməyək” prinsipinə xidmət edib. Lakin, daha sonra gərginlik yenidən artıb”, - deyə politoloq bildirib.

Politoloq münaqişənin həllinə dair Moskavanın Bakı və İrəvan siyasətinə də toxunub : “Ermənistan Rusiyanın strateji tərəfdaşı, Azərbaycan isə əhəmiyyətli tərəf müqabilidir. Çünki, Azərbaycan Dağıstanla həmsərhəddir.

Rusiyanın strateji tərəfdaşı olan Ermənistan da az şey əldə etməyib. O daxili qiymətlərlə silah və Gümrüdə hərbi baza əldə edib. Ermənistanın NATO-ya doğru yolu yoxdur. Çünki Türkiyəni heç kim bu ittifaqdan uzaqlaşdırmayıb. Avropa Birliyi Azərbaycan və Ermənistan arasında da seçim etməyəcək. Rusiya əvəzinə elə indicə başqa vektor tapılacaq da demək düzgün deyil. Rusiyanın əvəzinə deyil, ancaq Rusiya ilə qarşılıqlı əlavə vektor tapmaq mümkündür”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Rusiya   ABŞ  

“Əgər Rusiya-Qərb qarşıdurması olmasaydı, Qarabağ münaqişəsi həll edilərdi” - Sergey Markedonov

2017/11/345345354435345_1509814397.png
Oxunub: 2108     00:47     05 Noyabr 2017    