NATO gəmiləri Batumi limanına daxil olub

2017/11/1472593349345345_1509707056.jpg
Oxunub: 1962     19:02     03 Noyabr 2017    
Ruminyanın “Regele Ferdinand” freqatı və NATO-nun Türkiyə bayraqlı gəmisi Gürcüstanın Batumi limanına daxil olublar. Alyansın daha iki gəmisinin gəlməsi də gözlənilir.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə bu gün Gürcüstan Daxili İşlər Nazirliyindən məlumat yayıblar.

“Gün ərzində daha 2 NATO gəmisinin limana lövbər salacağı gözlənilir. Nümayəndə heyətinə NATO Birləşmiş Dəniz Qüvvələri komandanının müavini, vitse-admiral Ervi Brejon rəhbərlik edəcək. Vitse-admiralı və NATO-nun nümayəndə heyətini Gürcüstanın daxili işlər naziri Georgi Mqebrişvili və Bolqarıstanın Gürcüstanda yerləşən səfirliyi qəbul edəcək”, - deyə nazirliyin məlumatında qeyd olunur.

Qeyd edək ki, gəmilər noyabrın 6-dək Batumidə qalacaq. Nümayəndə heyətinin üzvləri Dəniz İdarəetməsi Mərkəzində qonaq olacaqlar. Səfərlərin nəticələrinə dair birgə mətbuat konfransı təşkil ediləcək.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Gürcüstan   HDQ  


Bizi "telegram"da izləyin