“I Gusti Ngurah Rai” “SIGMA 10514 Perusak Kawal Rudal” layihəsinin ikinci freqatıdır. Onun tikintisinə dair müqavilə 2014-cü ildə imzalanıb, bu gün isə stels texnologiyasının tətbiqi ilə tikilən gəmi, rəsmi şəkildə İndoneziya Hərbi Dəniz Qüvvələrinin heyətinə daxil olub.
“I Gusti Ngurah Rai” freqatı modul texnologiyası üzrə tikilib və 4-ü İndoneziyada, 2-si Hollandiyada hazırlanan 6 böyük hissədən ibarətdir. Gövdə elementlərinin hamısının PT PAL tərsanəsinə çatdırılmasından sonra, onları biləşdirərək gəmini suya buraxıblar.
Freqatın arsenalına hava hücumu əleyhinə MBDA MICA raketləri, gəmi əleyhinə “MBDA Exocet MM40 SSM” raketləri, 76,2 millimetr kalibrli “Oto Melara 76/62 Super Rapid” artilleriya qurğusu, iki 20 millimetr kalibrli MG artilleriya qurğusu və 2 ədəd B515 torpeda aparatı daxildir.
SİGMA (Ship Integrated Geometrical Modularity Approach) korvetləri Hollandiyanın gəmi tikintisi üzrə ixtisaslaşmış “Damen Schelde Naval Shipbuilding” şirkətində hazırlanıb. Modul konstruksiyası sayəsində bu gəmilər çox qısa zaman ərzində tikilir, müxtəlif ölçü və silah növlərinə sahib ola bilirlər.
Ağalar Qəribov
Ordu.az