Ordu.az xəbər verir ki, bu barədə ermənilər özləri sosial şəbəkələrdə məlumat yayıblar.
"Armenians" səhifəsində paylaşılan məlumata əsasən 5 erməni hərbi qulluqçu ordumuz tərəfindən cavab atəşi ilə məhv edilib, 4 əsgər isə ağır yaralanıb.
Yaralı hərbçilərin Xankəndi hospitalına yerləşdirildiyi bildirilir. Hazırda ölən və yaralıların adları dəqıqləşdirilir.
Ermənistanın Müdafiə Nazirliyi isə hələ də bu barədə açıqlama yaymayıb. Görünür, düşmən tərəfi adəti üzrə itkilərini gizlətməyə çalışır.
Ordu.az