Ermənistan PUA-dan istifadə edib: Əsgərimiz yaralanıb

2017/08/mnbina_1503316427.png
Oxunub: 1740     19:45     21 Avqust 2017    
Tərtər rayonu ərazisində yerləşən qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələri növbəti dəfə döyüş pilotsuz uçuş aparatından istifadə ediblər.


Bu barədə Ordu.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

"Düşmənin kustar üsulla hazırladığı yandırıcı-partlayıcı vasitə və metal elementlərlə doldurulmuş qurğunun bölmələrimizin mövqelərinə atılması nəticəsində hərbi qulluqçumuz əsgər Babakişiyev Muraz Kamal oğlu yüngül bədən xəsarətləri alıb. Hazırda hospitala yerləşdirilən əsgər M.Babakişiyevin həyatı üçün heç bir təhlükə yoxdur.

Təxribatın qarşısının alınması məqsədilə tədbirlər görülür", deyə, məlumatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cəbhə   Əsgər   Təxribat  


Bizi "telegram"da izləyin