Qarabağda məhv edilən təxribatçı erməni əsgərin FOTOSU

2017/08/mehv_1503315749.jpg
Oxunub: 2091     19:41     21 Avqust 2017    
Bu gün işğal altında olan Qarabağın şimal-şərq istiqamətində ordumuzun cavab atəşi ilə məhv edilən təxribatçı erməni əsgər Arman Samvel Movsisyanla bağlı yeni məlumatlar yayılıb.


Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Movsisyan evin tək oğlu olub. O, 2016-ci ilin yayında "ordu" sıralarına cəlb olunub. Özündən kiçik bir bacısı var.

19 yaşlı Arman Movsisyan Armavirin Arşaluys kəndində anadan olub.

Xatırladaq ki, avqustun 14-də saat 11:00 radələrində işğal altında olan Qarabağın şimal-şərq istiqamətində düşmən ordusu itki verib. Təxribat törətməyə çalışan erməni əsgər 1998-ci il təvəllüdlü Arman Samvel Movsisyan ordumuzun cavab zərbəsi ilə məhv edilib.

Ermənistanın Müdafiə Nazirliyi faktı təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Təxribat   Cəbhə    


Bizi "telegram"da izləyin