Ermənistan ordusu itki verdi

2017/08/olum_1503305570.jpg
Oxunub: 4195     16:51     21 Avqust 2017    
Ermənistan Silahlı Qüvvələrinin hərbçisi ölüb.

Ordu.az xəbər verir ki, məlumatı “Tert.am”-a açıqlamasında Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan təsdiqləyib.

O, yaxın vaxtlarda rəsmi məlumatın olacağını bildirərək, hərbçinin ölümünə dair detalları açıqlamayıb.

“Armlur.am” saytının yaydığı məlumata görə, hərbi hissələrdən birində (Mehridə yerləşən hərbi hissə) müqaviləli hərbçi xidməti otağında ölü tapılıb. Məlumata görə, hərbi qulluqçunun rütbəsi kapitan olub.

Ölüm səbəbinin intihar və silahdan ehtiyatsız davranma olması ilə bağlı araşdırma aparılır.

Şahin Qocayev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Düşmən    


Bizi "telegram"da izləyin