Dünya Soyuq Müharibə astanasında: Rusiya nüvə arsenalını artırır?

2017/12/KMO_120232_17087_1_t218_221750324_1513449205.jpg
Oxunub: 412     22:31     16 Dekabr 2017    
“Rusiya 2026-cı ilə qədər nüvə gücünü ümumilikdə 8000 döyüş başlığına çatdırmaq niyyətindədir”.

Ordu.az “Dailymail”-ə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan Pentaqon rəsmisi bildirib.

Məlumatda deyilir ki, Rusiya növbəti illərdə öz nüvə arsenalını artırmağı düşünür. Rusiya və ABŞ arasındakı hazırda qüvvədə olan “Yeni Başlanğıc"("New START" ) müqaviləsi hər iki ölkə üçün nüvə başlığına sahib olma həddini 1550 ilə məhdudlaşdırır. Həmçinin, Rusiyanın potensial nüvə müharibəsi zamanı nəzarət üçün və komandlıq kimi istifadə ediləcək yeraltı obyektlərini möhkəmləndirdiyi də deyilir.`

Rusiyanın nüvə başlıqlarının sayını 8000 minə qədər artırmaq niyyəti ABŞ və Rusiya tərəfindən 2010-cu ildə imzalanan Yeni Strateji Silahların Azaldılması Müqaviləsinin (“New START”) kəskin pozulması kimi qiymətləndirilib.

Qarşılıqlı etibarı və nüvə müharibəsi riskini azaltmağı nəzərdə tutan müqavilə nüvə başlığına sahib olmaq həddini azaltsa da, nüvə müharibəsi təhlükəsini azaltmır.

Rusiyanın təkidi ilə hər bir bombardmançı nə qədər nüvə başlığı daşımasından asılı olmayaraq bir ədəd kimi hesaba alınır. Nəticə etibarilə hər tərəfin real həddi təxminən 2000 olaraq dəyərləndirilir.

Təxmini hesablamalara görə, ABŞ-da 1740 ədəd döyüş başlığı var. Rusiyanın da təxmini bərabər sayda başlığa sahib olduğu düşünülür. Hər iki tərəfin əlavə olaraq, anbarlarında məhv edilməyi gözləyən köhnə bombalar, raketlər və döyüş başlıqları var.

Müqavilədə həmçinin bu başlıqları daşıyan vasitələr, quru və dənizaltı özüllü ballistik raketlər, hidrogen bombaları və qanadlı raketlərin dizaynı barədə heç bir qeyd yoxdur.

Beləliklə, tərəflər öz döyüş başlıqlarının və onları daşıyan vasitələrin sayını artırmadan onların öldürücü güclərini inkişaf etdirirlər.

Rusiyanın qurudan atılan raketlərinə super QABR, "Satan 2" kimi də tanınan RS-28 "Sarmat" daxildir. Bu raketlər fərqli obyektləri hədəf ala bilən, ən azı 10 döyüş başlığı daşıya bilir.

Rusiya dövlət KİV-ləri, bu silahların Texas və ya Fransa böyüklüyündə ərazini məhv etməyə qadir olduğunu bildirsə də, ABŞ analitikləri bunun doğru olmadığını bildirirlər. Lakin onlar da bu silahların çox böyük dağıdıcı gücə malik olduğunu qəbul edirlər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Nüvə   Sarmat  

Xəbər lenti

Dünya Soyuq Müharibə astanasında: Rusiya nüvə arsenalını artırır?

2017/12/KMO_120232_17087_1_t218_221750324_1513449205.jpg
Oxunub: 413     22:31     16 Dekabr 2017    