“Münaqişələr bizi keçmiş soyuq müharibələr dövrünə qaytara bilər” - Ceyms Koyl

2017/11/1497844837343423_1511013392.jpg
Oxunub: 375     17:49     18 Noyabr 2017    
“Bu kimi məsələlər bizi heç kəsin qayıtmaq istəmədiyi keçmiş soyuq müharibələr dövrünə qaytara bilər”.

Ordu.az xəbər verir ki, bunu Atlantik Şurası İnstitutunda “Rusiyanın sərhəd müharibələri və dondurulmuş münaqişələr” mövzusunda, Rusiyanın post-sovet ölkələrinə qarşı apardığı siyasət və post-sovet ölkələrindəki münaqişələrdən bəhs edən kitabının təqdimat zamanı Ceyms Koyl bildirib .

Müəllifin iddiasına görə, Rusiyanın apardığı siyasət qeyri-konstruktivdir və post-sovet ölkələrindəki münaqişələrin həllinə xidmət etmir.

“Bu kimi məsələlər bizi heç kəsin qayıtmaq istəmədiyi keçmiş soyuq müharibələr dövrünə qaytara bilər”, - deyə Koyl deyib.

Koylun sözlərinə görə, Rusiya ilk öncə həm Azərbaycana, həm də Ermənistana dəstək verdiyi üçün Qarabağ münaqişəsi müəyyən qədər digər münaqişələrdən fərqlənir.

Lakin, müəllif iddia edir ki, daha sonra hansısa səbəbdən Rusiya Ermənistana daha çox meyl edib. O, daha bir məqama ayrıca toxunub.

“Digər münaqişələr baxdıqda Moldaviya və Gürcüstanda rus sülhməramlıları var idi. Moskva Ukraynada öz sülhməramlılarını yerləşdirməyi təklif etmişdi. Lakin Qarabağ münaqişəsinin təmas xəttində rus sülhməramlıları yoxdur, yalnız Azərbaycan və Ermənistan qoşunları var”, - deyə Koyl qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: ABŞ   Qarabağ   Rusiya   Soyuq-müharibə  

Xəbər lenti

“Münaqişələr bizi keçmiş soyuq müharibələr dövrünə qaytara bilər” - Ceyms Koyl

2017/11/1497844837343423_1511013392.jpg
Oxunub: 376     17:49     18 Noyabr 2017    