Erməni əsgər anası bu dəfə mülki iddia qaldırdı - DETALLAR

2017/11/default67457657856878_1511004476.jpg
Oxunub: 398     15:26     18 Noyabr 2017    
İşğal altında olan Qarabağ ərazisində öldürülən erməni əsgərinin valideynləri yol xərclərinin ödənilməsi tələbi ilə mülki iddia qaldırıblar.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi hissələrdən birinin ön xətt bölməsində öldürülmüş 19 yaşlı erməni əsgəri Hovhanes Harutyunyanın işi üzrə məhkəmə iclası təkrar təxirə salınıb.

Ölən erməni əsgərinin anasının sözlərinə görə, məhkəmə iclası 7 sentyabr tarixində baş tutmalı idi. Lakin, prokurorun gəlməməsinə görə məhkəmə iclası təxirə salınmışdı. Xankəndinə gəlib çıxana qədər məhkəmə iclasının keçiriləcəyinə dair onu inandırsalar da, o gəlib çatdıqdan 5 dəqiqə sonra məhkəmə iclası təxirə salınıb.

Ölən əsgərin anası Lyuda bildirir ki, hər dəfə İrəvandan Xankəndinə gəlmək üçün çəkdiyi yol xərclərinin ödənilməsi məqsədilə mülki iddia qaldırıb. Məhkəmə iclası bu dəfə də 27 noyabr tarixinədək təxirə salınıb.

Erməni əsgəri Hovhanes Harutyunyanı öldürməkdə şübhəli bilinən digər erməni əsgər isə, özünü günahkar bilmir. O, iddia edir ki, Hovhanesə atəş açan aprel müharibəsində ölən erməni əsgərlərindən biri olub. Lakin, rəsmi ittihama görə Mikayel Zakaryan Hovhanes Harutyunyanla mübahisə edərək, şüurlu şəkildə avtomatdan bir dəfə atəş açaraq onu öldürüb. Bundan əlavə, başqa bir erməni əsgəri Samvel Zeynalyanla da mübahisə edib və ona qarşı zorakılıq hərəkətləri edib.

Nəticədə, erməni əsgəri Mikayel Zakaryan həbs olunub.

Qeyd edək ki, hadisə 2016-cı il martın 17-də saat 17:30 radələrində işğal altında olan Qarabağ ərazisində yerləşən qanunsuz hərbi hissələrdən birində baş verib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Məhkəmə   Etiraz  

Xəbər lenti

Erməni əsgər anası bu dəfə mülki iddia qaldırdı - DETALLAR

2017/11/default67457657856878_1511004476.jpg
Oxunub: 399     15:26     18 Noyabr 2017    