"Etiraz" sözünə uyğun 82 nəticə tapıldı!

"Vətən naminə təşkilatlanıb çevriliş edək, hakimiyyəti devirək" - Erməni polkovnik

2017/11/SxeTIXSWPdOhYnWwXBfpsgdwN632432_1511778153.jpg
Oxunub: 579     14:19     27 Noyabr 2017    
2017-ci il mayın 25-də "Vardaşen" cəzaçəkmə müəssisəsindən azad edilən "Şərəfli könüllü döyüşçü" İctimai Birliyinin sədri Volodya Avedisyan Ermənistanda Sarkisyan rejiminə qarşı mübarizə aparmaqda davam edir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Avedisyan hazırda "Erməni dövləti naminə" cəbhəsi ilə birlikdə Şuşa əlahiddə taborunun komandiri, həbs edilmiş Jirayr Sefilyanın yol xəritəsi üzərində işlədiklərini bildirib. O, Jirayr Sefilyanın çağırışı ilə yol xəritəsi ətrafında işlədiklərini, vətən naminə mübarizə aparacaqlarını və qalib gələcəklərinə ümid etdiklərini bildirib.

"Hazırda xalq arasında təbliğat aparırıq, vəziyyəti izah edirik. 25 il ərzində özünü müxalifət adlandıranlar xalqı aldadaraq sonadək mübarizə aparmayıblar, satılıblar və ya təslim olublar. İndi bir qrup vətənsevər şəxslərlə toplaşmışıq, çalışacağıq ki, dürüstlüyümüzlə sübut edək ki, bizim dürüst fikirlərimiz var. Vətən naminə təşkilatlanıb çevriliş edək, bu hakimiyyəti devirərək qanunla idarə olunan dövlət quracağıq" - deyə Avedisyan deyib. Ehtiyatda olan polkovnik əmindir ki, onların mübarizəsi səmərəli olacaq və onlar qalib gələcək.

Xatırladaq ki, 6 il müddətinə həbs edilmiş Volodya Avedisyan 2017-ci il mayın 25-də "Vardaşen" cəzaçəkmə müəssisəsindən azad edilib və elə həmin gün Ermənistanda vaxtından əvvəl şərti azad edilmə sisteminin qüvvəyə minməsi tələbi ilə oturaq aksiya keçirib. O, 4 gün sonra etiraz aksiyasını dayandırıb.

Alpər Mövludoğlu
Ordu.az


Teqlər: Ermənistan   Avedisyan   Çevriliş  


Xəbər lenti