"Taliban" ABŞ-ın Əfqanıstana əlavə qoşun göndərməsini təşvişlə qarşılayıb

2018/01/received_2451229065103247_1515853729.jpeg
Oxunub: 353     20:28     13 Yanvar 2018    
Əfqanıstandakı "Taliban" qiyamçıları ABŞ-ın təlim, məşvərət və dəstək missiyasına əlavə dəstək göndərməsinə təşvişlə şərh veriblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, qiyamçıların "mətbuat katibi" Zəbiullah Mücahidin sözlərinə görə, yüzlərlə qoşunla qələbə çala bilməyən ABŞ bundan sonra da uğursuz olacaq.

"Yeni əsgərin yerləşdirilməsi propaqanda cəhdidir. Çünki, ABŞ və müttəfiqləri periodik olaraq ruhdan düşən əsgərlərini yenidən canlandırmağa məcburdurlar", - deyə o əlavə edib.

Qeyd edək ki, daha öncə Pentaqonun açıqlamasına görə, ölkədəki terrorizmlə mübarizə əməliyyatlarına dəstək və Əfqanıstan ordusuna təlim məqsədilə bölgəyə əlavə qoşunlar göndərəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Əfqanıstan   Taliban   ABŞ  

Xəbər lenti

"Taliban" ABŞ-ın Əfqanıstana əlavə qoşun göndərməsini təşvişlə qarşılayıb

2018/01/received_2451229065103247_1515853729.jpeg
Oxunub: 354     20:28     13 Yanvar 2018    