Suriyada terrorizmlə mübarizə davam edir – İCMAL

2018/01/orig-151583348184f2637f4c6aeeffae0ccf81ac4f9f84345345_1515842571.jpeg
Oxunub: 343     15:15     13 Yanvar 2018    
“Ən-Nüsra Cəbhəsi” İdlib vilayətində Suriya ordusuna hücum edib. PYD Rəqqa şəhərində komendant saatı tətbiq edib. Deyr əz-Zorda PYD-ni dəstəkləyən terrorçular İŞİD sıralarına qoşulublar.

Ordu.az son 24 saat ərzində Suriyada baş verən ən önəmli hadisələrin icmalını təqdim edir.

Suriya ordusu və müttəfiq qüvvələr: Dəməşqin şimal-şərqində yerləşən Hərac şəhərində Qaracay əl-Həc rayonunu terrorçulardan azad ediblər, İdlibdə “Ən-Nüsra Cəbhəsi”nin əks-hücumunun qarşısını alıblar.

Rusiya Aerokosmik Qüvvələri: Həma və Hələb vilayətlərində Suriya Quru Qoşunlarının hücumunu dəstəkləyiblər.

“Ən-Nüsra Cəbhəsi”: Dəməşqdə Suriya ordusuna qarşı silahlı qarşıdurmada iştirak edir, Hələbin cənub hissəsində Suriya Quru Qoşunlarını hücuma tutub. İdlib vilayətində Suriya ordusuna qarşı əks-hücum həyata keçirib.

“Ceyş əl-İslam”: Dəməşqin cənubunda İŞİD-in hücumuna məruz qalıb.

PYD: Rəqqa şəhərində komendan saatı tətbiq edib.

Dəməşq vilayəti: vilayətin şimal-şərqində yenidən Suriya Quru Qoşunlarının bölmələri ilə terrorçular arasında silahlı qarşıdurmalar davam edir. Həmçinin məlum olub ki, Hərasat şəhərində Qaracat əl-Həc rayonu radikallardan azad edilib.

Suriya Quru Qoşunlarının 4-cü diviziyası hazırda terrorçuların əsas müdafiə xəttini yarmaq üçün mübarizə aparırlar.

Dəməşqin cənub hissəsində isə anti-hökumət qruplaşması olan “Ceyş əl-İslam” və İŞİD arasında qarşıdurmalar yenilənib. Rəqiblər Həcər əl-Asvad rayonunda qarşılaşıblar.

“Al Masdar News” agentliyinin məlumatına görə, ilk atəş İŞİD tərəfindən atılıb. Nəticədə rəqiblərinə qalib gələn İŞİD terrorçuları Dəməşqin əl-Tszen şəhərinin böyük hissəsində nəzarəti ələ keçiriblər.

Hələb vilayəti: Suriya ordusu vilayətin cənubunda “Həyat Təhrir əş-Şam” terrorçularına qarşı irimiqyaslı əməliyyatları davam etdirir. Xatırladaq ki, Suriya ordusu Rusiya Aerokosmik Qüvvələrinin hava dəstəyi ilə 10-dan çox yaşayış məntəqəsini “Ən-Nüsra Cəbhəsi” terrorçularından azad edib.

Həmçinin İdlib vilayəti ilə sərhəddə də terrorçularla qarşıdurmalar yaşanıb və provokator qismində terrorçular çıxış edib.

O cümlədən əl-Hass dağları ərazisində də hökumət qüvvələri ilə müxalifət bölmələri qarşı-qarşıya gəlib, lakin müxalif qüvvələr asanlıqla məğlub edilib.

Deyr əz-Zor vilayəti: Suriya insan hüquqlarının qorunmasına monitorinq Mərkəzi xəbər verir ki, vilayətin şimalında 4 dinc sakinin cəsədi aşkarlanıb. İlkin məlumatlara görə, bu şəxslər İŞİD terrorçularu tərəfindən öldürülüb.

O cümlədən əş-Şafaa yaşayış məntəqəsində iki nəfər İŞİD-ə kömək göstərdiyinə görə edam edilib. Onlar PYD qüvvələri tərəfə keçmək istəyərkən ələ keçirilib.

İdlib vilayəti: “Al Masdar News” agentliyi xəbər verir ki, “Fəth əş-Şam Cəbhəsi” terrorçuları və onlara müttəfiq olan birləşmələr yenidən “Əbu Duhur” aviabazası yaxınlığında əks-hücuma keçməyə çalışıblar. Qeyd edilir ki, əvvəlcə terrorçular bir neçə mövqeni ələ keçirməyə müvəffəq olsalar da, Suriya qoşunları onları məğlub edərək ərazidən uzaqlmağa vadar edib.

Həmçinin “Həyat Təhrir əş-Şam” terrorçuları Sincar və Atsxan yaşayış məntəqəsində ixtişaş törətməyə cəhd ediblər. Bu məqsədlə kamikadzelərdən istifadə edilsə də, terrorçular buna müəssər ola bilməyiblər.

Rusiya Aerokosmik Qüvvələri bu bölgədə Bəşər Əsəd qüvvələrinin hücumunu havadan dəstəkləyiblər.

Rəqqa vilayəti: vilayətin inzibati mərkəzində PYD terrorçuları tərəfindən komendant saatı tətbiq edilib. Bu, 12 gün davam edəcək.

“Radio Free Syria” internet-portalının məlumatına görə, komendant saatının tətbiq edilməsinin səbəbləri açıqlanmayıb.

Xatırladaq ki, demək olar hər gün İdlib ərazisində İŞİD tərəfindən qoyulmuş minaların partlayışı nəticəsində mülki insanlara zərər dəyib.

Ağalar Qəribov
Ordu.az

Teqlər: Suriya   İŞİD   PYD   Terror  

Xəbər lenti

Suriyada terrorizmlə mübarizə davam edir – İCMAL

2018/01/orig-151583348184f2637f4c6aeeffae0ccf81ac4f9f84345345_1515842571.jpeg
Oxunub: 344     15:15     13 Yanvar 2018    