"İtaliyanın sədrliyi dövründə əhəmiyyətli dəyişikliklərin şahidi olmayacağıq" - Almaniyalı ekspert

2018/01/Alexandr-Rar845645_1515832050.jpg
Oxunub: 347     12:26     13 Yanvar 2018    
"İtaliya ATƏT-də AB-nin prioritetləri ilə yönləndiriləcək"

Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-lərinə müsahibəsində almaniyalı ekspert Aleksandr Rar ATƏT-də İtaliyanın fəaliyyətinin prioritetlərini şərh edərkən bildirib.

Aleksandr Rar qeyd edib ki, İtaliyanın xarici işlər nazirinin açıqlamasından belə məlum olur ki, dondurulmuş münaqişələr və Ukrayna böhranı İtaliyanın sədrliyinin prioritetləri olacaq. İtaliya Avropa İttifaqına həmrəylik olaraq onun mövqelərini müdafiə edəcək.

"Bu münqaşini Aİ təhlükəsizliyinə təhdid olaraq Aİ ölkələrinin hamısı qəbul etmir və ya onlar müxtəlif problemləri təhdid olaraq görürlər. İtaliya cəmiyyətinə gəldikdə isə, onlar qanunsuz miqrasiyanı, terorçuluğu Avropa İttifaqına təhdid hesab edirlər. Elə bu ictimaiyyətin münasibəti də problemlərə yanaşmanı formalaşdırır.

Bu problemlər mövcud olduğu və həll edilmədiyi halda, digər problemlər diqqətə alınmır. İtaliya baxımından nə Qarabağ münaqişəsi, nə də Ukrayna böhranı İtaliya və Avropa İttifaqı üçün təhdid ocağı hesab edilmir.

Ancaq açıqlamadan belə məlum olur ki, italiya Aİ üzv ölkəsi olaraq Avropa gündəmindən kənara çıxa bilməz və bu münaqişələrə laqeyd qala bilməz. Yəni İtaliya Aİ üçün necə məqsədəuyğundursa, o cür də fəaliyyət göstərməyə davam edəcək", -deyə ekspert bildirib.

Rarın sözlərinə görə, İtaliya XİN-nin münasibəti onu göstərir ki, Qarabağ münaqişəsi istiqamətində Avropanın mövqeyi dəyişməz olaraq qalacaq. ATƏT bu bölgədə Minsk qrupuna dəstək verməklə fəaliyyətini davam etdirəcək. Ancaq Ukrayna böhranına diqqəti artıracaq.

"ATƏT-in edə biləcəyi ən yaxşı şey Minsk qrupu çərçivəsində görüşlərin təşkil edilməsi məqsədilə danışıqlar platforması olaraq qalmaq və ya davam etməkdir. Əgər tərəflər razılıq verərsə müşahidəçilərin sayının artırılması və mexanizmlərin hazırlanması məsələsini maliyyələşdirə bilər. Ancaq bu addımlar Minsk qrupu tərəfindən irəli çəkilir.

ATƏT-in təsir mexanizmləri və açarları olmadığına görə istəsə də Qarabağ münaqişəsinin vəziyyətini dəyişməyə çox vacib olan, danışıqlar prosesində böyük dəyişikliklərə nail ola bilməz. Bunun üçün daha geniş təsirli platformalar lazımdır. Qısa desək, ATƏT-in işində biz İtaliyanın sədrliyi dövründə əhəmiyyətli dəyişikliklərin şahidi olmayacağıq", - deyə ekspert Aleksandr Rar sözlərini bitirib.

Xatırladaq ki, 2018-ci ildən etibarən ATƏT-də sədrliyi İtaliya qəbul edib. Bu günlərdə İtaliyanın xarici işlər naziri Ancelino Alfano İtaliyanın sədrliyi dövründə fəaliyyətinin prioritetləri və planları barədə danışarkən, qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həlli məsələsində razılaşdırılan yekun nizamlanma istiqamətində ATƏT-in Minsk qrupunun fəaliyyətlərini dəstəkləyirik.

Alfano bildirib ki, uzanan münaqişələr məsələsində onların mövqeyi dəyişməz olaraq qalacaq. ATƏT-də İtaliyanın sədrliyi ərzində bu məsələlər daim diqqət mərkəzində qalmaqda davam edəcək.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: ATƏT   İtaliya   Qarabağ  

Xəbər lenti

"İtaliyanın sədrliyi dövründə əhəmiyyətli dəyişikliklərin şahidi olmayacağıq" - Almaniyalı ekspert

2018/01/Alexandr-Rar845645_1515832050.jpg
Oxunub: 348     12:26     13 Yanvar 2018    