Aİ: “Dağlıq Qarabağ münaqişəsi daim diqqətimizdədir”

2018/01/404974893456456_1515827954.jpg
Oxunub: 737     11:16     13 Yanvar 2018    
Dağlıq Qarabağ münaqişəsi Avropa İttifaqının diqqətində qalmaqdadır.

Ordu.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə ATƏT-in sədri Angelino Alfanonun bəyanatına cavab olaraq Aİ-nin ATƏT-dəki nümayəndəsinin yaydığı məlumatda bildirilib.

“Gürcüstanda, Moldovada həlli uzanan münaqişələr, həmçinin Dağlıq Qarabağ münaqişəsi əvvəlki kimi bizim diqqətimizi tələb edir və biz İtaliyanın belə münaqişələrin mövcud formatlarda həllinə dair ATƏT-in fəaliyyətinin möhkəmləndirilməsinə sadiqliyini yüksək qiymətləndiririk. Biz əvvəlki kimi böyük narahatlıqlara səbəb olan münaqişəli vəziyyətlərin humanitar aspektlərinə daimi diqqəti yüksək qiymətləndiririk”, - deyə Aİ-nin ATƏT-dəki nümayəndəsinin yaydığı bəyanatda vurğulanıb.

Qeyd edək ki, Vyanada prioritetləri açıqlayan İtaliyanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Angelino Alfano bəyan edib ki, onlar ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyəcəklər.

Ordu.az

Teqlər:   Qarabağ   ATƏT  

Xəbər lenti

Aİ: “Dağlıq Qarabağ münaqişəsi daim diqqətimizdədir”

2018/01/404974893456456_1515827954.jpg
Oxunub: 738     11:16     13 Yanvar 2018    