“ABŞ nə Rusiya, nə də Çini rəqib hesab etmək istəmir” – SƏNƏD

2018/01/345345345_1515823977.jpg
Oxunub: 569     10:27     13 Yanvar 2018    
“ABŞ nə Rusiya, nə də Çini rəqib hesab etmək istəmir, Vaşinqton Moskva və Pekinlə stabil əlaqələrin yaradılması üçün cəhdlər göstərir”.

Ordu.az “Huffington Post” internet-nəşrinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların yeni nüvə doktrinasının layihəsində bəhs edilir.

“Birləşmiş Ştatlar nə Rusiyaya, nə də Çinə rəqib kimi yanaşmağı arzulamır, əksinə, hər iki ölkə ilə stabil əlaqələrin inkişaf etməsinə nail olmağa çalışır”, - deyə sənəddə bildirilir.

Sənəddə həmçinin ABŞ və Rusiyanın keçmişdə nüvə sahəsində rəqabət və riskin nəzarətdən çıxmaması üçün strateji dialoqa malik olduqları da xatırlanır.

Qeyd edək ki, Donald Tramp yeni nüvə doktrinasının hazırlanması barədə tapşırığı 27 yanvar 2017-ci ildə verib. Sənəd 64 səhifədən ibarətdir.

Ağalar Qəribov
Ordu.az

Teqlər:

Xəbər lenti

“ABŞ nə Rusiya, nə də Çini rəqib hesab etmək istəmir” – SƏNƏD

2018/01/345345345_1515823977.jpg
Oxunub: 570     10:27     13 Yanvar 2018    