Erməni hərbçi hospitala yerləşdirilib - Qəzadan təfərrüatlar

2018/01/Yaralı-ermənilər-Xankəndindən-İrəvana-aparılır_15063401003453_1515821974.jpg
Oxunub: 729     09:38     13 Yanvar 2018    
Dünən saat 14:30 radələrində Ermənistanın Ararat (Vedi) vilayətində Yerasxavan-Zanqakatun avtomobil yolunda, Yerasxavan inzibati ərazisində "Opel" markalı avtomobillə Ermənistan müdafiə nazirliyinə məxsus "ZİL-131" markalı ՊՆ 34 55 Տ dövlət nömrə nişanlı avtomobillərin toqquşması nəticəsində xəsarət alanlar 3 deyil, 5 nəfər olub.

Ordu.az xəbər verir ki, bu barədə Tert.am saytına Ararat rayon tibb mərkəzindən məlumat verilib.

Onlardan 4 nəfəri ilkin tibbi yardımdan sonra buraxılıb. Lakin xəsarət alan hərbi qulluqçu İrəvan hərbi hospitalına təxliyyə edilib. Əllərində qırıqlar olan şəxsin 1981-ci il təvəllüdlü müqaviləli hərbi qulluqçu olduğu bildirilib.

İlkin məlumata görə, qəzaya səbəb "Opel" markalı avtomobilin sürücüsü olub. "Zil-131" markalı avtomobil Ermənistan müdafiə nazirliyinin balansındadır.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Qəza   Yaralı  

Xəbər lenti

Erməni hərbçi hospitala yerləşdirilib - Qəzadan təfərrüatlar

2018/01/Yaralı-ermənilər-Xankəndindən-İrəvana-aparılır_15063401003453_1515821974.jpg
Oxunub: 730     09:38     13 Yanvar 2018    