Cəbhə xəttində nə baş verir? | Ermənilər diversiya hücumu təşkil edib

2018/01/Ara1497878272_1510646167234234_151064731234534_1515758994.jpg
Oxunub: 46499     15:57     12 Yanvar 2018    
2018-ci il yanvarın 9-da Qeğarkunik vilayətinin (Göyçə mahalı) Şorca kəndində qonşu kəndlərin sakinlərinin iştirakı ilə yanvarın 7-də cəbhə xəttində təxribata cəhd zamanı məhv edilən erməni əsgəri Vaçe Çilinqaryanın dəfn mərasimində iştirak ediblər. Çilinqaryanlar ailəsinin yeganə oğlan övladı olan Vaçe Çilinqaryan işğal altında olan Ağdərədəki hərbi hissədə xidmət edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Çilinqaryanın ölümü barədə çox önəmli faktlar aşkar edilib. Kənd sakinlərinin dəfn zamanı səsləndirdiyi sözlərə görə, Çilinqaryan ermənilərin diversiya hücumu zamanı məhv edilib.

Belə ki, ilkin olaraq dəfn zamanı ölən erməni əsgərinin nənəsi, bütün kasıbların Qarabağa göndərilməsindən şikayətlənib. "Heç bir vəzifəli məmurun övladı postlarda xidmət etmir. 30 ildir müharibə davam edir, 10 il də davam etsə Ermənistanda hərbi xidmət keçməyə gənc qalmayacaq, hamısı qırılacaq".

Təxribatçı erməni əsgərin atası oğlunun Qarabağa göndərilməsindən daha öncədən xəbərdar olduqlarını bildirib: "Hərbi xidmətə çağırılarkən hərbi komissarlıqda o qədər sənəd doldurmağa başladılar ki, axırda oğlum dedi ki, yalandan bu sənədləri yazmayın bir kağıza Qarabağ yazın verin. Onsuzda ora göndərəcəksiz".

Atasının sözlərinə görə, o, meyidə ətraflı baxış keçirib. Əmindir ki, atəş arxa tərəfdən açılıb. Ermənistan istintaq orqanlarının yaydığı məlumata görə, erməni əsgəri ordumuz tərəfindən açılan atəş nəticəsində ölüb. Təxribat zamanı, hadisəni görən baş leytenant Y. Musinyan və sürücü D. Vanyan kömək etməyə cəhd etsələr də yaralanıblar. Yaralıların hər ikisi hospitala yerləşdirilib.

Ermənistan Baş Qərargah rəisi Movses Hakopyan hadisənin ordumuz tərəfindən açılan atəş nəticəsində baş verdiyini deməklə istintaq orqanlarından öncə məlumat yayıb. Hakopyanın sözlərinə görə, hadisə yerinə gedən əməliyyat qrupu da atəşə məruz qalıb.

Lakin kənd sakinləri erməni əsgərin arxa nahiyəsindən snayper atəşi ilə vurulması ehtimalına inanmır. Rəsmi orqanların yaydığı versiya ilə razılaşmırlar. "Bu necə snayper olub ki, hamını atəşə tutub. Bəlkə diversiya və ya hücum olub", - deyə kənd camaatı gizli məqamlardan söhbət açır.

Bəziləri isə Vaçenin xidmət etdiyi mövqenin yeni yaradıldığını və həmin mövqelərə tez-tez hücumlar olduğunu qeyd edirdi.

Ölən erməni əsgərinin atası, Nver Çilinqaryan oğlu bir neçə ay öncə snayper atəşi ilə vurulan əsgər yoldaşını atəş sahəsindən çıxardığını bildirib. Anası isə verilən medalın ona lazım olmadığını qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Erməni-ordusu   Təxribat   Qarabağ  

Xəbər lenti

Cəbhə xəttində nə baş verir? | Ermənilər diversiya hücumu təşkil edib

2018/01/Ara1497878272_1510646167234234_151064731234534_1515758994.jpg
Oxunub: 46500     15:57     12 Yanvar 2018    