102-ci hərbi bazanın artilleriya qoşunları təlimlərə başlayıb

2018/01/45645645645_1515756412.jpg
Oxunub: 282     15:25     12 Yanvar 2018    
Ermənistanda dislokasiya olunan Rusiya Federasiyasının 102-ci hərbi bazasının artilleriya bölmələrinin "Alagöz" yüksək dağ təlim mərkəzində çöl təlimləri başlayıb. Təlimlər 1 ay davam edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən yayılan məlumatda bildirilib.

Təlimlərə başlamazdan öncə artilleriyaçılar 100 km-lik yürüş keçiblər. Təlim mərkəzində artilleriyaçılar “Qvozdika” özüyeriyən haubitsalar, “Qrad” reaktiv yaylım atəş kompleksləri, “Konkurs” tankəleyhinə raket komplekslərinin açılması üzrə məşqlər keçiriblər.

Praktiki təlimlərə 200-dən çox hərbi qulluqçu və 100-dək hərbi texnika, o cümlədən top və minaatanlar cəlb edilib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Alagöz   102-baza   Təlim  

Xəbər lenti

102-ci hərbi bazanın artilleriya qoşunları təlimlərə başlayıb

2018/01/45645645645_1515756412.jpg
Oxunub: 283     15:25     12 Yanvar 2018    